"Sığorta şirkətlərində “qəza komissarı” qanunsuzdur, “imtina halı” yaratmaqla məşğuldurlar"
Qanunda Qəza komissarı – ifadəsi varmı ?
“Qəza-komissarı” – vəzifəsi ilə bağlı yazının meydana gəlməsi təsadüfi deyil: Son zamanlar bir sıra sığorta şirkətlərinin imtina hallarında qəza komissarlarının müvafiq araşdırma aparması və yekunda onların gəldiyi qənaətdən sonra “İmtina” məktublarının çoxalması səbəbindən olmuşdur. (https://www.facebook.com/groups/966995513368406/ )
Qeyd etmək istərdim ki, hazırda avtonəqliyyat hadisəsi zamanı hadisəni araşdırmaq vəzifəsi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq strukturlarına –Dövlət Yol Polisinə və təhqiqat-istintaq orqanlarına” və Əmlak hadisələri üzrə isə “Fövqəladə Hallar Nazirliyinin İstintaq orqanına” həvalə edilmişdir.
Ölkəmizdə "Sığorta fəaliyyəti haqqında" qanunun 5-ci maddəsində Sığorta sistemi və sığorta bazarının iştirakçılarının siyahısını vermişlər:
5.1. Sığorta sistemi sığorta bazarının iştirakçılarından və maliyyə bazarlarına nəzarət orqanından ibarətdir.
5.2. Sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər sığorta bazarının peşəkar iştirakçılarıdır.
5.3. Sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər sığorta bazarının digər iştirakçılarıdır.
Göstərilən maddədən aydın olur ki, “Qəza komissarı” ifadəsi qanunda ümumiyyətlə açıqlaması verilməyən əcnəbi bir termindir. Yəni bu ifadə Rusiyada “avarinnıy komissar” ifadəsinin azərbaycan dilinə tərcümə olunmuş və sığorta şirkətlərinin vətəndaşa təzyiq vasitəsi kimi təqdim etdikləri bir anlayışdır.
Sığorta fəaliyyəti haqqında qanunun 5.2-ci maddəsində “müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər sığorta bazarının peşəkar iştirakçıları”- Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında yerləşdirilmişdir. (https://www.fimsa.az/az/registry-insuarance) . Digər məsələlərlə bağlı sığorta şirkətlərinin vətəndaşı sorğu sual etmək, izahat yazdırmaq kimi əlavə vətəndaş süründürməçiliyi etməsi qanunun pozulması deməkdir. Əgər sığorta şirkəti hansısa hadisədən şübhələnərsə qanunda birbaşa göstərildiyi kimi müstəqil ekspertə və sığorta bazarının peşəkar iştirakçılarına müraciət etməlidir. Həmin şəxslər konkret olaraq hər hansı sığorta şirkətin əməkdaşı və ya vəzifəli şəxsi olmamalıdır. Bu konsepsiya vətəndaşla sığorta şirkəti arasındakı “ədalətli orta”-nı tapmağa kömək etməlidir. Əgər vəzifəli şəxs həmin şirkətin əməkdaşıdırsa və oradan aylıq məvacib alırsa o deməkdir ki, burada həmin şəxs tərəfdir. Onların topladığı sübut qeyri-qanunidir və şübhəlidir. Qanun yuxarıda sadaladıqlarımı deyir.
Sığorta şirkətləri necə edir?
Görünən reallıq tamamilə başqadır. Sığorta şirkətləri əlavə bir vəzifə-ştat açmışlar və adını “qəza komissarı və.s” adlandıraraq şirkətin mənafeyi lehinə informasiyaların yığılması və lazım gələrsə bu informasiyaya əsaslanaraq “imtina halı” yaratmaqdan ibarətdir. Konkret olaraq hazırda sığorta şirkətlərinin DYP-nin qəbul etdiyi “İnzibati protokolu-qərarı” mübahisələndirə bilməmələri onları çıxılmaz vəziyyətə salmışdır. Onlar isə öz növbələrində hərəkətlərinə “qanuni”donu geydirərək özlərini xilas etməyə çalışırlar.
Məsələnin həll yolu varmı?
Bu məsələnin həll yolu əlbəttə ki var bunlar aşağıdakılardır:
1.Maliyyə Bazarlarına Nəzarət Palatası təcili bu halla bağlı sığorta şirkətlərinə bu vəzifələrin ləğv olunması tələbini qoymalıdır.
2.Sığorta fəaliyyəti haqqında qanunun 5.2-ci maddəsində “müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər sığorta bazarının peşəkar iştirakçıları” kateqoriyasından olan şəxsləri sığorta şirkətləri ilə qarşılıqlı fəaliyyətə cəlb etməli, bir sözlə sığorta şərkətlərinə qanun çərçivəsində hərəkət etməyi ciddi tapşırmalı və buna nəzarət etməlidir.
Qeyd etmək istərdim ki, 2011-ci ilə qədər qəza hallarına çıxışı edən sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər fəaliyyət göstərmişlər. Nədənsə bir müddət sonra həmin işləri sığorta şirkətinin əməkdaşları görməyə başlamışlar. Həmin dövrdə bir müddət sığortanın mənafelərinə toxunduğu halda sığorta şirkəti də “İnzibati protokoldan şikayət verə bilirdi”. Lakin 2016-cı ilin noyabr ında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin(tərəflər anlayışının) şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olundu ki, sığorta şirkətləri günahı mübahisələndirə bilməzlər.
Müəllif: İlkin İbrahimov
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
11 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
11 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
12 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib



















.jpg)






