7 ədəd Gəncə memarlığına xas 9 mərtəbəli binalar inşa ediləcək
Gəncədə 2018-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
İcra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, hesabat dövründə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb.
Şəhərdə ictimai-siyasi sabitlik olmaqla, dinamik makroiqtisadi göstəricilər əldə edilib.
Şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 2018-ci ilin yanvar-mart aylarında 236,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Gəncə şəhərində istehsal olunan sənaye məhsulunun 46,1 faizi respublika daxilində, 53,9 faizi Rusiya, Türkiyə, Ukrayna, Belarusiya, Gürcüstan və digər ölkələrə ixrac edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin tikintisində an son tamamlanma işləri, Gəncə Şahmat Məktəbinin yeni binasının inventarla təminatı məsələsi, Gəncə şəhər Səhiyyə İdarəsinin yeni binaya köçürülməsi ilə bağlı son vəziyyəti müzakirə edib, adiyyatı şəxslərə tapşırıq və tövsiyyələrini verib. Elmar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncəçayın sel sualarından mühafizəsi ilə bağlı sağ sahilində bənd vurulmuşdu. Çayın sol sahilində aparılan işlər isə yekunlaşmaq üzrədir. Sözügedən ərazidən 130 ailə köçürülmüşdü və yeni layihə nəzərə alınaraq daha 26 evin köçürülməsi prosesi 1 ay müddətinə yekunlaşmalıdır.
Çayın sol sahili üçün işlənilən layihə də artıq hazirdır. Bu hissədə də bulvar kompleksi salınacaq. Layihəyə uyğun olaraq bulvarda "Bayraq muzeyi", yaşayış binası, tələbələr üçün yataqxana inşa ediləcək. Yeni salınan bulvarda qapalı və açıq stadionların tikintisi də layihədə öz əksini tapıb.
İcra başçısı müxtəlif təyinatlı binaların tikintisi üçün tenderin elan olunacağını da qeyd edib. Layihənin icrası investorların qoyduğu investisiya hesabına həyata keçiriləcək. İş adamlarının təqdim edəcəyi layihələrə də xüsusi baxış keçiriləcək. Şəhərin görkəminə yaraşan layihələrin icrasına icazə veriləcək.
Nizami prospektində isə Gəncəçay körpüsündən Heydər Əliyev prosketinə qədər olan ərazidə 7 ədəd Gəncə memarlığına xas olan müxtəlif bloklu 9 mərtəbəli binalar inşa ediləcək. Binanın birinci mərtəbəsində iaşə obyektləri, alış-veriş mərkəzləri fəaliyyət göstərəcək. 150 dən çox ailə evinin kvadratmetrinə uyğun olaraq həmin binalara köçürüləcək. Digər mənzillər isə açıq satışa çıxarılacaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
3 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“City Finance BOKT”un xalis mənfəəti 22% artıb
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ






.jpg)
.jpg)





.jpg)





.jpg)






