Özləri ilə aşbaz gətirib, Bakıda toy edirlər - YENİ SAHƏ
Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Bunu rəsmi statistika də təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin I rübündə ölkəyə üz tutanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.
Ərəblərin əlindən otellərdə boş yer qalmayıb
Azərbaycanda dincələn xarici turistlər Bakı ilə yanaşı ölkənin regionlarına da böyük maraq göstərirlər. “Premium Travel” şirkətinin rəhbəri Aydın Əhmədov deyir ki, əcnəbilər, xüsusilə də ərəb ölkələrinin vətəndaşları bronlaşdırma məsələsində kifayət qədər ehtiyatlıdır və otellərdə əvvəlcədən yer tuturlar. Son nəticədə indi nəinki bölgələrdəki, hətta paytaxtdakı otellərdə belə boş yer tapmaq müşkülə çevrilib: “Əcnəbilər daha çox şimal-qərb (Qəbələ) və şimal regionuna maraq göstərirlər. Bölgələrdəki otel nömrələrinin əksəriyyətini xarici vətəndaşlar, xüsusilə də ərəblər alıb. Bakıda da eyni vəziyyətdir. Ötən ay bir neçə dəfə xaricdən gələn qonaqlar üçün paytaxtdakı lüks otellərdə boş yer tapa bilməmişik. Qarşıdan gələn "Formula-1" yarışı günlərdində də yer tapmaq çox çətin olacaq”, - deyə o, bildirir.
Toy üçün Bakını seçən hindistanlılar
Azərbaycana marağı artan təkcə ərəblər deyil. Son vaxtlar “İçərişəhər”də qrup şəklində gəzən hindistanlı turistlərə tez-tez rast gəlmək mümkündür. A.Əhmədov bunun səbəbini belə izah edir: “Hindistan vətəndaşları son vaxtlar Bakıda toy etməyə üstünlük verir. Artıq bir neçə dəfə onların sifarişi ilə toy etmişik. Bu, bizim üçün yeni bir sahədir. Ancaq onların müəyyən tələbləri var. Məsələn, aşbaz azərbaycanlı ola bilməz, özləri ilə aşbaz gətirirlər. Adətən Hindistandan Azərbaycana 80-100 nəfərlik qrup şəklində gəlirlər. Oteldə qalmağın haqqını isə toyu edən ödəyir. Bunlar kifayət qədər imkanlı insanlardır və Hindistanda varlıların xaricdə toy etməsi adətə çevrilib”.
Həssas çinlilər
Azərbaycanda dincəlməyə üstünlük verənlər həm də Yaponiya və Çin vətəndaşlarıdır. Bununla belə, A.Əhmədovun sözlərinə görə, Uzaq Şərqdən gələnlər digər ölkələrin nümayəndələrindən fərqli olaraq burada qidalanma ilə bağlı müəyyən problemlər yaşayırlar: “Xüsusilə çinlilər qidalanma baxınından çox həssasdırlar. Onlar hər şeyi yeyə bilmirlər. Bu problem isə Bakıda yox, adətən rayonlarda olur. Qalan digər məsələlər qaydasındadır”.
Otellərdən şikayət azalıb, indi onlar özləri şikayət edir
Əvvəllər Azərbaycandakı otellərin xidmətindən həmişə şikayət olardı. Həm yerli, həm də xarici turistlər istirahət obyektlərinin malik olduqları ulduzların sayına uyğun fəaliyyət göstərmədiklərini, xidmətin səviyyəsinin aşağı olduğunu deyərdirlər. Son vaxtlar isə Mədəniyyət və Turizm Nazirliyi otellərə nəzarəti gücləndirdiyindən onlardan şikayətlər azalıb. İndi otellər özləri turistlərdən, xüsusilə də ərəblərdən şikayət edir. A.Əhmədov deyir ki, söhbət əsasən otel nömrələrinin təmiz saxlanılmamasından gedir: “Məsələn, İraqdan gələnlər barədə Bakıdakı otellərdən bildirirlər ki, onlar nömrənin qapısını, divarlarını yararsız vəziyyətə salırlar. Birləşmiş Ərəb Əmirliklərindən və Qətərdən olan turistlər isə bəzi hallarda Qəbədəki otellərdə özlərini normal aparmırlar. Onlar palçıqlı ayaqqabı ilə nömrəyə daxil olurlar, divanı və s. əşyaları çirkləndirirlər. İndi bu kimi hallara görə bələdçilər məsuliyyət daşıyır. Artıq onların sertifikatı olduğu üçün dediyim problemlər həllini tapmaqdadır”.
Daha bir problem isə ərəblərin “pulunun çox olması” ilə bağlıdır. “Ərəblər çox bədxərcdirlər və onlar buradan ölkələrinə aparmaq üçün balıq kürüsündən tutmuş bala kimi hər şey tələb edirlər. Bəzən oteldən turizm şirkətinə zəng etdirirlər ki, onlara kürü çatdıraq. Elə bilirlər ki, bunu da turizm şirkəti etməlidir”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
44 d. əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
1 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
Ən çox oxunanlar
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib






.jpg)
.jpg)







.jpg)






