“Yapı Kredi Bank Azərbaycan”ın maliyyə vəziyyəti məlum oldu
“Yapı Kredi Bank Azərbaycan” 2018-ci ilin 1-ci rübünü 660 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, 2017-ci ilin eyni dövrünü 2 milyon 18 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə Bankın cəmi gəlirləri 12 milyon 526 min manat təşkil edib. 2017-ci ilin yanvar-mart dövründə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 16 milyon 52 min manat təşkil etmişdi.
Cəmi gəlirlərin azalmasının səbəbi qeyri-faiz gəlirlərinin 2 dəfə azalmasıdır. Ötən ilin ilk rübündə qeyri-faiz gəlirləri 8 milyon 16 min manat ikən, 2018-ci ilin 1-ci rübündə 4 milyon 71 min manat təşkil edib.
Bankın əməliyyat mənfəəti 2017-ci ilin ilk rübündəki 5 milyon 376 min manatdan 2018-ci ili ilk rübündə 3 milyon 481 min manata geriləyib. Bank əməliyyat mənfəətinin 2 milyon 519 min manatı ehtiyatlara ayırıb. Qalan 962 min manat mənfəətdən 301 min manat mənfəət vergisi ödənilib.
Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” ötən ilin ilk übü ilə müqayisədə faiz və qeyri-faiz xərclərini xeyli azaldıb.
“Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 2017-ci ilin sonundakı 725 milyon 439 min manatdan 695 milyon 263 min manata, müştərilərə verilmiş kreditlər isə 146 milyon 8 min manatdan 144 milyon 242 min manata düşüb.
“Yapı Kredi Bank Azərbaycan”ın digər banklardakı depozitləri 92 milyon 981 min manat artaraq 145 milyon 373 min manata qalxıb.
Bankın öhdəlikləri isə ötən ilin sonundakı 354 milyon 671 min manatdan 31 Mart 2018-ci il tarixində 337 milyon 636 min manata geriləyib.
“Yapı Kredi Bank Azərbaycan” 31 Mart 2018-ci il tarixində 64 milyon 486 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
-
- 34 d. əvvəl
-
43 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər






















