“AccessBank” xərclərini azaldaraq mənfəətə doğru irəliləyir
Bank kapitalını artırmaqla fəaliyyətini genişləndirməyə hazırlaşır.
“AccessBank” 2018-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin eyni dövründə “AccesBank”ın faiz gəlirləri 26,8% azalaraq 21 milyon 723 min manat təşkil edib. “AccesBank” 2017-ci ilin yanvar-mart dövründə 29 milyon 683 min manat faiz gəliri əldə etmişdi. Rüblük müqayisədə “AccesBank”ın qeyri-faiz zərəri 1 milyon 920 min manatdan 3 milyon 52 min manata yüksəlib.
21 milyon 723 min manat gəlirə qarşı Bankın çıxarları 31 milyon 286 min manat təşkil edib. Lakin “AccesBank” ötən ilin 1-ci rübü ilə müqayisədə faiz və qeyri-faiz xərclərini azaltmağa nail olub. Ötən ilin ilk rübündə “AccesBank”ın 29 milyon 683 min manat faiz gəlirinə qarşı çıxarları 51 milyon 520 min manat təşkil etmişdi.
Diqqəti cəlb edən “AccesBank”ın zərərinin azalmasıdır. 2017-ci ilin ilk rübünü 21 milyon 837 min manat xalis zərər ilə başa vurmuş Bank, 2018-ci ilin 1-ci rübünü 8 milyon 601 min manat xalis zərər ilə bağlayıb. Əgər ötən il “AccesBank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsinə 14 milyon 138 min manat ayırmışdısa, bu il ehtiyatların 481 min manatı gəlirə çevrilib. Ehtiyatlara ayırmaların olmaması “AccesBank”da gecikmədə olan kreditlərin artmasının dayandığına işarədir.
Zərər ilə əlaqədar olaraq “AccesBank”ın məcmu kapitalı 43 milyon 953 min manatdan 32 milyon 72 min manata düşüb. “AccesBank”ın yaxın zamanlarda kapitalının artırılacağı gözlənilir.
Son 3 ayda“AccesBank”ın müştərilərə verdiyi cəmi xalis kreditlərin məbləği ötən ilin sonundakı 503 milyon 503 min manatdan 31 Mart 2018-ci il tarixindək 491 milyon 163 min manata enib. Bank 31 Mart 2018-ci il tarixində 824 milyon 979 min manat cəmi aktivlərə malik olub. Bu rəqəm 2017-ci ilin sonunda 844 mlyon 821 min manat təşkil etmişdi.
Diqqəti cəlb edən ilk 3 ayda “AccesBank”da depozitlərin ötən ilin sonundakı 399 milyon 815 min manatdan 31 Mart 2018-ci il tarixinədək 428 milyon 196 min manata yüksəlməsidir. Qeyd olunmuş tarixə bankın ani likvidlik əmsalı 117,44% təşkil edib. Bu isə bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
-
6 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
12 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
57 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər

















.jpg)








