Böyük bankdan böyük hədəf: “100 minə çatmışıq, hədəf 400 mindir”
“2016-cı illə müqayisədə 2017-ci ildə PAŞA Bank qrupunun xalis mənfəəti 29% artaraq 89 milyon 92 min manat təşkil edib”.
“Marja”nın məlumatına görə, bunu çərşənbə axşamı PAŞA Bankın 2017-ci ilinin yekunarına həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, xalis mənfəətin 83 milyon manatı PAŞA Bank Azərbaycanın payına düşüb. Təxminən 6 milyon manatı isə Türkiyə və Gürcüstandakı törəmələrin hesabına formalaşıb:
“2017-ci ildə bir əvvəki illə müqayisədə PAŞA Bankın konsolidasiya olunmuş aktivləri 20% artaraq 3 milyard 958 milyon manata, müştərilərə verilən kreditlər isə 21% artaraq 1 milyard 413 milyon manata çatıb”.
Taleh Kazımov “2017-ci il PAŞA Bank üçün biznesin inkişafı baxımından da uğurlu keçib” deyərək sözlərinə belə davam edib:
“2017-ci ildə hüquqi şəxslərin hesablarının sayı 5% artaraq 5000 hüquqi şəxs müştərisinə çatıb. Həmin müştərilərin ödəniş əməliyyatlarının sayı 70% artaraq 363 minə yüksəlib. Ümumi dövriyyə 35% artaraq 23 milyard manata çatıb. Bu da Azərbaycanın ümumi daxili məhsulunun təxminən 30%-dir.
2 ildir fərdi bankçılıq istiqamətində fəaliyyət göstririk. Ötən il fərdi müştərilərimizin sayı 33 mindən 99 minə qalxıb. Bu artıma maaşların kart vasitəsilə ödəniməsinə istiqamətlənmiş dövlət islahatları da dəstək vermişdir”.
Taleh Kazımov əlavə edib ki, fərdi bankçılıq müştərilərinin sayının 2020-ci ilin sonunadək 400 minə çatdırmaq qarşıya məqsəd qoyulub:
"PAŞA Bankın 2018-2020-ci illər üzrə strategiyası təsdiq edilmişdir. Strategiyada ambisiyalı hədəflər qarşıya qoyulub. 2020-ci ilin sonunadək PAŞA Bank”ın cəmi aktivlərinin 4 milyard manatdan 5,2 milyard manata, kredit portfelini isə 1,4 milyard manadan 2 milyard manata qaldırmağı hədəfləyirik. Həmçinin fərdi bankçılıq müştərilərinin sayının 100 mindən 400 minə çatdırılması qarşıya məqsəd qoyulub. Çalışacağıq ki, 2020-ci ildə bütün əməliyatların 90%-i rəqəmsal bankçılıq ilə həyata keçirilsin".
Rəqəmsal bankçılığa keçid "PAŞA Bank"ın filialsız bank olacağı demək deyil. Bank daha 3 filialını istifadəyə verməyi planlaşdırır. Gələcəkdə bu filiallarda müştərilərə daha çox məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur:
“Bakıda 2 filialın açılması nəzərdə tutulur. Paytaxtda açılacaq filiallardan biri “Landmark” biznes mərkəzində yerləşəcəkdir. Artıq ofis hazırdır, lisenziyanı almağı gözləyirik. Digər filialı isə “Gənclik”-“Nərimanov” zonasında açmağı nəzərdə tuturq. Regionlardan isə bu il Qubada filialımız istifadəyə veriləcəkdir”.
Hazırda PAŞA Bankın "Baş Ofis"indən başqa "Fərdi Bankçılıq" şöbəsi, "Bridge Plaza" şöbəsi, "Port Baku" şöbəsi, "Şüvəlan" şöbəsi, “Gəncə” filialı və “Zaqatala” filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 d. əvvəl
- 23 d. əvvəl
- 27 d. əvvəl
-
-
38 d. əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə





















