Azərbaycan şirkəti ərəb ölkəsinə 10 TIR dondurma göndərib
Azərbaycanın süd məhsulları istehsalçısı olan “AER Compani Group” MMC İraqa dondurma ixracına başlayıb. Bu barədə şirkətin rəhbəri Adil Şərifov bildirib.
Onun sözlərinə görə, mart ayından indiyədək İraqa 135 ton dondurma məhsulu göndərilib: “Dünən dondurma yüklənmiş 10-cu TIR avtomobilini İraqa yola saldıq, indiyədək 135 ton dondurma ixrac etmişik, bu da ölkəyə 270 min dollar valyutanın gəlməsi deməkdir”.
A.Şərifov bildirib ki, dondurma ixracı ilə bağlı İraq tərəfilə banışıqlar 3-4 ildir ki, aparılır. Bu müddətdə İraqa dəfələrlə sınaq partiyalar göndərilib və digər məsələlər dəqiqləşirilib: “Buna qədər İraqa 4 il dalbadal hər il bir TIR mal göndərmişdik, bu ildən ixraca başlandı”.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Şirkət rəhbərinin sözlərinə görə, İraqla 50 TIR-lik müqavilə bağlanıb, dondurmalar mövsümün sonunadək – sentyabrıdək göndəriləcək, amma tələbatdan asılı olaraq ixracın həcmi 100 TIR-a qaldırıla bilər.
AER-in dondurmaları İraqın bütün ərazisində – Bağdad, Mosul, Süleymaniyə, Ərbil və digər şəhərlərində satılır.
A.Şərifovun sözlərinə görə, İraqa dondurma satışı ilə bağlı müqavilə imzalamaq və ixraca başlamaq asan olmayıb: “Məsələ bundadır ki, bu bölədə dondurma və süd məhsulları istehsalı üzrə İranın və Türkiyənin böyük şirkətləri çalışır, onlar İraq bazarına da nəzarət edirlər.
Amma bizim inadkarlığımız və danışıqlarımız, həm də malımızın keyfiyyəti sayəsində bu bazara Azərbaycan məhsulları çıxara bildik”.
AER İraqa təkcə dondurma göndərməklə kifayətlənməyəcək, şirkətin rəhbəri bildirir ki, hazırda bu ölkəyə digər süd məhsulları – ayran, pendir və yoqurt ixracı üçün də danışıqlar aparılır: «İndi bununla bağlı danışıqlar gedir, məsələ bundadır ki, onlarda məhsulla ağlı tələblər bizimkindən fərqlənir, ona görə də tez-tez sınaq patiyaları göndərilir və məhsullar yoxlanılır». Artıq bu ilin yayından İraqa ayrın ixracına başlamaq da nəzərdə tuulur.
Şirkət yaxın vaxtlarda Qazaxıstana və Türkmənistana da da süd məhsullarının ixracı gözlənilir: “Gələcəkdə ətraf orta Asiya ölkələrinə, Qazaxıstana və Türkmənistana da dondurma və digər süd məhsulları göndərmək niyətimiz var”.
AER şirkəti daxili bazarda da süd məhsullarının əsas istehsalçılarındandır, şirkət öz ehtiyacları üçün ölkənin müxtəlif regionlarındakı fermerlərdən hər gün 10-15 ton təbii süd alır. Şirkət südü əsasən Ağcabədi, Saatlı, Sabirabad və Qusar zonasından toplayır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
6 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























