Beynəlxalq Bank banklararası şahmat turnirinin qalibi oldu
14-18 may 2018-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçirilib.
2016-cı ildən bəri artıq 3-cü dəfədir ki, keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 28 kredit təşkilatından 80-ə yaxın nümayəndə iştirak edib.
Yarışın nəticələrinə əsasən şəxsi komanda hesabında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib gəlib. 2-ci və 3-cü yerlərdə müvafiq olaraq “Rabitəbank” ASC və “Bank of Baku” ASC qərarlaşıb. Şəxsi hesabda isə 1-ci, 3-cü və 8-ci yerləri Azərbaycan Beynəlxalq Bankının nümayəndələri Rauf Hacılı, Rəsul Mənsimli, Rəşad Bədəlov, 2-ci yeri Ata Bank-ın nümayəndəsi Orxan Hüseyn qazanıb.
Şəxsi hesab üzrə 4-cü yeri Accessbank-dan Elbrus Süleymanlı, 5-ci yeri Rabitəbank-dan Elvin İsmayılov, 6-ci yeri Turan Bank-dan Ruslan Əliyarov, 7-ci yeri Unibank-dan Cavid Məmmədov tutub. Builki turnir həm də gənc şahmatçı Əli Qurbanovun müalicəsinə dəstək xarakteri daşıyıb.
Belə bir ənənəvi yarışın keçirilməsində məqsəd Azərbaycanda şahmatın kütləviliyini artırmaq, bank sektorunda çalışanların asudə vaxtının səmərəli təşkilidir.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 45 d. əvvəl
-
-
51 d. əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
























