ABŞ dollar ilə bağlı kritik məlumatları açıqladı
ABŞ-da məşğulluq Yanvarda 227 minlə proqnozdan yüksək artıb.
Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlandı.
“Marja” xəbər verir ki, Yanvar ayında ABŞ iqtisadiyyatı kənd təsərrüfatı xaricində 227 min məşğulluq yaradıb. Məşğulluğun 175 min artacağı gözlənirdi. Beləliklə, məşğulluq artımı proqnozdan yüksək çıxıb. Bu rəqəm 4 ayın ən yaxşı artımı olub.
İşsizlik nisbəti isə 4,8%-ə qalxıb. İqtisadçılar işsizlik nisbətinin dəyişməyərək 4,7%-də qalacağını gözləyirdilər.
Saatlıq orta əmək haqqı aylıq 0.1%, illik 2.5% artıb. İllik artım Avqustdan bəri ən aşağı səviyyədə olub. Maaş artımları proqnozdan aşağı qalaraq məşğulluq bazarında hələ də zəiflik olduğuna işarə edib.
Dekabr ayının məşğulluq göstəricisi 156 mindən 157 minə dəyişdirilib.
Məşğulluq və işsizlik göstəricisi ABŞ Mərkəzi Bankı Fed-in faiz artırımı prosesində baxdığı ən mühüm məlumatlardır.
Kənd təsərrüfatı xaric məşğulluq - kənd təsərrüfatı xaricində son ay ərzində çalışan insanların sayındakı dəyişiklikləri müəyyən edir. Yuxarı istiqamətdə bir tendensiya ölkənin pul vahidinə müsbət təsirə malikdir. İş yerləri, insanların qazanc əldə etməsi və müvafiq olaraq istehlakın artması Ümumi Daxili Məhsula müsbət təsir edir.
Fed rəsmiləri bu həftəki toplantısında faizləri dəyişdirməyərək məşğulluq bazarında yaxşılaşma üçün hələ də bir az yer olduğunu bildirmişdi.
Barak Obamanın ABŞ Prezidentiliyinin son ayına təsadüf edən bu rəqəmlər məşğulluq bazarının sabit inkişafına işarə etsə də, əməkhaqlarının hələ kifayət qədər yaxşılaşmadığı görünür. Yeni Prezident Donald Trump vergi güzəştləri və infrastruktur investisiyaları ilə maaş artımlarını dəstəkləyəcəyini və əməyinə iştirakını artıracağını vəd edir.
Məlumatların açıqlanmasından sonra Dollar mühüm valyutalar qarşısında az da olsa bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 d. əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)





