STP bilikli və sürətli olanları müsabiqəyə dəvət edir
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur.
Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib.
Milli dəyərlərimizə həmişə hörmətlə yanaşan “Sumqayıt Texnologiyalar Parkı” MMC belə bir tarixi hadisəyə biganə qala bilməzdi. Belə ki, tariximizi yenidən vərəqləmək, bildiklərimizi təkrarlamaq və yeni biliklər qazanmaq məqsədilə STP öz sosial media kanalında “100 illik müsabiqə” adlı intellektual müsabiqə hazırlayıb.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə edilmiş uğurları, hərb sənəti, memarlığı, tarixi şəxsiyyətləri, incəsənəti, dünya ölkələri ilə münasibətləri, imza atdığı “ilklər” və başqa sahələri özündə əks etdirən müsabiqə zamanı 1000-dən çox sual səsləndiriləcək. Hər sual 4 variantdan ibarət olacaq. 120 saniyə ərzində iştirakçılara sual sayı ilə bağlı heç bir limit qoyulmur. Bir sözlə həm bilikli, həm də sürətli olan qazanacaq.
Suallara cavab verən hər şəxsin adına sonda Cümhuriyyət tərəfindən elektron fəxri fərman təqdim ediləcək. Bundan əlavə ən yüksək bal toplamış 5 iştirakçı STP -dən Cümhuriyyət tarixini özündə əks etdirən dəyərli hədiyyələr qazanacaqlar. Müsabiqənin qalibləri isə 29-30 may tarixlərində elan ediləcək.
Qeyd edək ki, 2009-cu ildən fəaliyyətə başlayan Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb.
Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
28 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 38 d. əvvəl
- 44 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)
.jpg)







.jpg)








