"Citigroup": Neft qiymətləri 2022-ci ilə qədər sabit qalacaq
Dünya bazarında 2022-ci ilə qədər neft qiymətləri 40-65 dollar/barel diapazonunda hərəkət edəcək. "Forexpf.ru" saytı xəbər verir ki, bu proqnoz ABŞ-ın məşhur "Citigroup" maliyyə holdinqinin analitikləri tərəfindən irəli sürülüb.
Ekspertlər bu proqnozu OPEC-in hasilatı azaltması səbəbindən neft qiymətlərinə dəstək olması və 40 dollar/bareldən aşağı düşməməsi, ABŞ şist neft istehsalçılarının 65 dollar/barel səviyyəsində hasilatı maksimal həddə çatdırması ilə izah edirlər. Analitiklərin fikrincə, ABŞ şist neft hasilatçıları hətta 50 dollar/barel qiymət səviyyəsində effektiv nəticə göstərə bilirlər.
Qeyd edək ki, dünən, fevralın 3-də ABŞ "Baker Hughes" şirkəti tərəfindən açıqlanan hesabata görə, ölkədə aktiv neft quyularının sayı 17 ədəd və ya 3% artaraq 583 ədəd təşkil edib. Bu da yaxın gələcəkdə neft hasilatının daha da artacağını göstərir. Xatırladaq ki, 2016-cı ilin yayında ABŞ-da gündəlik neft hasilatı 8,6 mln. barel idisə, hazırda bu göstərici 8,9 mln. barel/gün təşkil edir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
5 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 23 d. əvvəl
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb



























