5 ildə bir sertifikasiyadan keçəcəklər
Optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olan şəxslər 5 ildə bir sertifikasiyadan keçəcəklər. Optikaçılıq oftalmoloqların həmin müddətdə tibb müəssisəsində oftalmoloq kimi fəaliyyət göstərməsinə yol verilməyəcək.
Bu, yeni hazırlanan “Tibbi optika haqqında” qanun layihəsində əskini tapıb.
Qanun layihəsinin 7-ci (Optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər) maddəsinə əsasən, tibbi optikaçılıq və optometriya ixtisası üzrə mütəxəssis hazırlığı ali və ya orta ixtisas təhsili müəssisələrində (fakültələrində), eləcə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hazırlıq kursları vasitəsi ilə həyata keçirilir.
Azərbaycanda tibbi optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunan hazırlıq kursunu keçməli və imtahan verərək müvafiq şəhadətnamə (optikaçı şəhadətnaməsi və optometrist şəhadətnaməsi) almalıdırlar. İxtisas şəhadətnaməsi müddətsiz verilir və şəxsin imtahanı müvəffəqiyyətlə verdiyini təsdiq edən sənəddir.
Həkim-oftalmoloqlar, tibbi optika və optometriya ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış şəxslərin tibbi optikaçılıq və optometriya xidmətləri göstərməsi üçün şəhadətnamə alması tələb olunmur.
Optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olan həkim-oftalmoloqların həmin müddətdə tibb müəssisəsində həkim-oftalmoloq kimi fəaliyyət göstərməsinə yol verilmir.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
Optikaçı və optometrist şəhadətnaməsinin alınması üçün hazırlıq kursunun və ixtisas imtahanının təşkil olunması, şəhadətnamənin, onun dublikatının forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Tibbi optika və optometriya ixtisasları üzrə orta ixtisas və ali təhsilin məzmunu və təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Tibbi optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olan şəxslər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ildə bir dəfə sertifikasiyadan keçirlər.
Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)






