“Problemli kreditlərin əsas səbəbi maliyyə savadlılığının olmamasıdır”
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ölkənin regonlarında fermerlər və kənd təssərrüfatı məhsulları istehsal edən sahibkarlar üçün “Maliyyə savadlılığının artırılması” təlimləri keçirməyə başlayıb.
“Problemli kreditlərin əsas səbəbi maliyyə savadlılığının olmamasıdır. Fermerlərdə kredit qaytarmaq mədəniyyətini formalaşdırmaq, uğurlu təsərrüfat yaratmaq bacarıqları gəlişdirmək üçün onların maliyyə savadlılığını artırmaq vacibdir” – bunu Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.
Mirzə Əliyev qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirdiyi bütün layihələrdə - istər qrant, istər kredit, istərsə də investisiya layihələrində ilk növbədə fermerlərə maliyyə savadlılığı təlimi keçir. “Biz əmin olmalıyıq ki, təqdim etdiyimiz vəsaitləri fermerlər savadlı şəkildə xərcləyəcəklər” – Dövlət Xidmətinin rəisi əlavə edib və vurğulayıb ki, “Maliyyə savadlılığının artırılması” təlimlərinin intensiv – hər həftə və bütün bölgələrdə keçirilməsinin daha bir səbəbi də fermerləri güzəştli aqrar kreditlərin verilməsinə hazır etməkdir.
“Maliyyə savadlılığının artırılması” təlimləri iştirakçılarına büdcə, qənaət, borc alma və investisiya kimi təməl maliyyə anlayışları barədə real iqtisadi şərtləri nəzərə alıb qərar vermək bacarığı aşılayır. Bu bacarıq sayəsində insanlar qarşılaşdıqları maliyyə problemlərini həll edə və planlı şəkildə qərar verə bilirlər.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Təlimin nəticəsi olaraq, sahibkarlar öz büdcələrini formalaşdırmağı öyrənir, gəlir və xərclərinin hesabatını düzgün yöndə aparırlar, onlarda həm yığım, həm də qənaət vərdişləri yaranır.
İndiyədək Quba, Lənkəran rayonlarında belə təlimlər keçirilib. Növbəti “Maliyyə savadlılığı” təlimi iyunun 8-də Göygöl rayonunda keçiriləcək. Təlimlərə giriş ödənişsiz və sərbəstdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 30 d. əvvəl
-
- 32 d. əvvəl
-
41 d. əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
3 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























