"Boeing" İranın hava yolu şirkətləri ilə müqavilələri ləğv etdi
Amerikanın təyyarə istehsalçısı "Boeing" İranın hava yolları şirkətləri ilə bağladığı müqavilələri ləğv etdiyini bildirib.
"Marja" xəbər verir ki, "Boeing", təxminən 40 il davam edən embarqo səbəbilə ABŞ-dan sərnişin təyyarəsi və təyyarə ehtiyat hissələri almayan İranla 2016-cı ilin Dekabr ayında 16,6 milyard dollar və 2017-ci ilin Aprel ayında 3 milyard dollar məbləğində iki müqavilə bağlamışdı.
"Boeing"in müqavilələri ləğv etməsinə, keçən ay ABŞ Prezidenti Donald Trumpın qərarı ilə ölkəsinin İran ilə müqavilədən çıxması və 2015-də təxirə salınan sanksiyaların yenidən tətbiq olunacağını açıqlaması səbəb olub.
Həmçinin İran, Fransanın təyyarə istehsalçısı "Airbus" ilə də təxminən 20 milyard dollar qarşılığında 100 təyyarə üçün müqavilə bağlamışdı. "Airbus" da müqaviləni ləğv edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
İranda hava yolu şirkətləri embarqo səbəbilə təyyarə donanması yeniləyə bilmirlər. Köhnə təyyarələr son 39 il ərzində 200-dən artıq təyyarə qəzasına və 2 mindən çox insanın həyatını itirməsinə səbəb olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 30 d. əvvəl
-
- 32 d. əvvəl
-
41 d. əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
3 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























