Azərbaycan iqtisadiyyatı sürətini azaldır
2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən1,1 faiz artaraq 29 milyard 294 milyon manata çatmışdır.
2018-ci ilin yanvar-aprel aylarında ölkə rezidentləri tərəfindən 22 milyard 969 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 1,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdi. 2018-ci ilin yanvar-mart aylarında isə ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 17 milyard185,1 milyon manata çatmışdı.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ilk 5 ayda tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 8,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 8,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,8 faiz, informasiya və rabitə sahələrində 6,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4 faiz, digər xidmət sahələrində və həmçinin sənayedə 0,9 faiz artmış, tikintidə isə 11,2 faiz azalmışdır.
İlk 5 ayda ÜDM istehsalının 48,8 faizi sənayedə, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,7 faizi tikintidə, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 13,8 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,0 faizini təşkil etmişdir.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,9 faiz artmış, neft sektorunda isə eyni səviyyədə qalmışdır.
Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























