Bankirin 100 milyonu götürərək ölkədən qaçdığı barədə xəbərə reaksiya!
Yerli mətbuatda “Günay Bank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalovun əmanətçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı açıqlama verən “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirib ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.
Sədr qeyd edib ki, “Günay Bank” Azərbaycanda ən az əmanəti olan bankdır və hazırda cəmi 35 milyon manat əmanət var:
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
““Günay Bank” Azərbaycanda bəlkə də yeganə təmiz işləyən bankdır ki, buradan bir manat da olsun offşor şirkətlərinə pul çıxmayıb. Bizim bütün fəaliyyətimiz göz qabağındadır. 2017-ci ili gəlirlə başa vuran iki şirkətdən biri olmuşuq. “Günay Bank”ın likvidlik problemi və əmanətçilər qarşısında hansısa problemli öhdəliyi yoxdur.
Bu iddiaların atılması təkcə “Günay Bank”a deyil, ümumiyyətlə bank sektorunun imicinə böyük zərbədir”.
M.Məmmədov Emin Zeynalov haqqında da danışıb və onun artıq işdən azad edildiyini bildirib:
“Mən məsələdən xəbər tutan kimi onu çağırdım və məlumat aldım. Məlum oldu ki, onun dostlarına borcu olub. O, bankdan kənarda şəxsi biznesi olduğu üçün həmin borc da oradan yaranıb. Biz də bu borc barədə məlumat alan kimi onu dərhal işdən azad etdik.
Amma xaricə qaçması barədə məlumatlar əsassızdır. Mən özüm onunla əlaqə saxlayacam və hüquq-mühafizə orqanlarına müraciət etməsini istəyəcəm ki, şayiə barədə araşdırma aparılsın” – deyə bildirib.
Qeyd edək ki, yerli mətbuatda “GünayBank”ın sədr müavininin 100 milyonu götürüb ölkədən qaçması iddia edilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat katibi Elşən Allahverdiyev də bildirib ki, bu məlumatlar əsassızdır.
“Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur ki, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər. “Günay Bank”ın fəaliyyəti, maliyyə göstəriciləri normativlərə, prudensial normalara uyğundur”, - deyə, o, qeyd edib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
© Qafqazinfo, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 23 d. əvvəl
- 30 d. əvvəl
- 52 d. əvvəl
-
56 d. əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı


















.jpg)

