"Yapı Kredi Bank Azərbaycan"ın İnternet Bankçılığında rekord!
"Yapı Kredi Bank Azərbaycan"ın İnternet Bankçılıq Məhsulu üzrə rekord göstərici qeydə alınıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, hər ay artım tempi ilə dövriyyələrin keçdiyi və müştərilərin tərcih etdiyi "Yapı Kredi Bank Azərbaycan"ın İnternet Bankçılıq məhsulu üzrə May ayında ümumi dövriyyə 100 milyon manatı keçmişdir.
Bu barədə "Yapı Kredi Bank Azərbaycan"ın İdarə Heyətinin Sədri Cenk Yüksel bildirib:
“Bizim üçün müştərilərimizin rahatlığı və onlara sərhədsiz xidmət təklif etməyimiz önəmli faktordur. Bunun üçün də, İnternet Bankçılıq məhsulumuzu daim inkişaf etdirərək müştərilərimizin öz zamanlarını daha səmərəli istifadə etməsinə zəmin yaradırıq. Gələcəkdə də yeni innovativ məhsullarla müştərilərə rahatlıq yaratmağa davam edəcəyik.”
Qeyd edək ki, dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü "Yapı Kredi Bank Azərbaycan" İnternet Bankçılıq Məhsulunu 5 ildir ki müştərilərinin istifadəsinə təqdim edib. “Xidmətdə Sərhəd Yoxdur” sloqanı ilə fəaliyyət göstərən bank müştərilərinin rahatlığını hər zaman düşünərək İnternet Bankçılıq Məhsulu ilə bank daxili, ölkə daxili və ölkə xarici pul köçürmələri, konvertasiya əməliyyatları, vergi ödənişləri, Worldcard və kredit borc ödəmələri, kommunal ödənişləri, depozit hesabı açmaq, maaş ödənişləri, kütləvi pul köçürmələri, kütləvi vergi ödənişləri etmək imkanlarını tanıyır.
Bankın bu və digər məhsulları ilə bağlı məlumat almaq üçün *0444 Yapı Kredi Telefon Mərkəzinə və ya www.yapikredi.com.az internet səhifəsinə müraciət etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)







