Biznes kreditləri 0% komissiya ilə, xərcləri də bank ödəyir
(®) Bu il 25 illik yubileyini qeyd etməyə hazırlaşan “Rabitəbank” 25 illik tədbirlər planı çərçivəsində bütün müştəriləri kimi biznes sahibləri üçün də yeni imkanlar yaratmaqda davam edir.
Belə ki, Bank yeni “Biznes kreditləri üzrə 0% komissiya” adlı kampaniyaya start verilib.
Kampaniya şərtlərinə uyğun olaraq biznes krediti rəsmiləşdirərkən müştəri tərəfindən heç bir komissiya ödənilməyəcək, bundan əlavə girovun qiymətləndirilməsinə dair bütün xərclər də bank tərəfindən ödəniləcək.
Sözügedən kampaniya üzrə minimal məbləğ 20.000 AZN, maksimal məbləğ isə 1.000.000 AZN-dək və ya onun USD ekvivalentində təşkil edir. Faiz dərəcəsi manat kreditləri üzrə 17%-dən, ABŞ dolları kreditləri üzrə isə 7%-dən başlayaraq təklif olunur. Kreditin maksimal müddəti 36 ayadəkdir, hətta layihədən asılı olaraq güzəşt müddəti də nəzərdə tutulur.
Kreditin təyinatı əsas vəsaitlərin alınması, dövriyyə vəsaitlərinin artırılması və tikinti ehtiyacları üçün nəzərdə tutulub. Kreditin onlayn sifariş olunması da mümkündür, bunun üçün http://bit.do/biznes-krediti-sifarishi linkinə keçid etmək kifayətdir.
Xatırladaq ki, Rabitəbank-ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında ən münasib tariflərlə hesablaşma - kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığının inkişafına xidmət edən biznes kreditləri ilə yanaşı riteyl kreditlərini, habelə dünyanın 190-dək ölkəsinə təcili pul köçürmələrini göstərmək olar.
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 22 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 60-dan çox ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB bankın rəsmi “Facebook” səhifəsinə yönləndirə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
17 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























