27 yaşında şirkət qurdu, 32 yaşında Amazon-a satdı
Amazon son dövrdə həyata keçirdiyi satınalmalar ilə geniş onlayn pərakəndə satıcıya çevrlir. Amazon-un keçən həftə 1 milyard dollar ödəyərək "internet aptek" olan PillPack şirkətini aldı. Şirkətin rəhbəri hələ 32 yaşında olan TJ Parker-dir.
"Marja" xəbər verir ki, Parker, 2013-cü ildə 27 yaşında şirkətini quranda əczaçı olmağa çalışan bir tələbə idi. Ortağı və hazırda PillPack-in Baş məhsul meneceri Elliot Cohen da təhsil alırdı.
İnsanların dərman vasitələrini daha asan şəkildə internet üzərindən satın almaları məqsədilə qurduqları PillPack-ın dəyəri üç ildə 360 milyon dollara qədər qalxıb.
PillPack xəstələrin xərclərini azaltmaq, məlumat almaq, dərman istifadəsini öyrənmək və s. üçün müasir texnologiyalara da müraciət edib.
Parker müsahibəsində, atasının aptekində işləyərək böyüdüyünü, insanların evlərinə dərman daşıdığını bildirib.
Atasının yolu ilə gedərək əczaçı olmağa qərar verən gənc İcraçı direktor, Bostondakı Massaçusets Əczaçılıq və Səhiyyə Elmləri Fakültəsini bitirib.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
İnsanların reseptlərini təqib etməkdə çətinlik çəkdiklərini, xüsusən yaşlıların dərmanların üstünü və məlumat vərəqəsini oxuya bilmədiklərinin şahid olduğunu deyən Parker, MIT-də keçirilən "Hacking Medicine" yarışlarında iştirak etməyə başlayıb. Eliot Cohen ilə də burada tanış olmuşdur.
Onlar 2013-cü ilin Fevral ayında şirkətlərini qurublar. Həmin ilin iyul ayında bir qrup investordan 4 milyon dollarlıq ilk investisiyalarını alıblar. Şirkət, Amazona satılana qədər 117 milyon dollar investisiya cəlb etmişdi.
PillPack-in onlayn apteki rəsmi olaraq 2014-cü ilin Fevral ayında yaradılıb. İlk günlərində 9 işçisi və 50 müştərisi olan Parker və Cohen Parkerin evindən işləyiblər. Ancaq şirkət sürətli bir şəkildə məşhurlaşdı və 2015-ci ilin İyun ayına qədər 1 milyondan artıq dərman paketi göndərmişdi..
Beş yaşlı "gənc aptek", "Fortune" və "Wired" tərəfindən "gələcəyin apteki" olaraq adlandırıldı, Parker də, Forbesin "Yaşı 30-dan aşağı olan 30 uğurlu gənc sahibkar" siyahısında yerini aldı.
Ekspertlərə görə, satınalma ilə Amazon, ABŞ-ın 3 trilyon dollarlıq səhiyyə bazarına sürətli bir giriş edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 12 d. əvvəl
-
-
56 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















