“Azərbaycan Sənaye Sığorta”nın sədri: "Gözlədiyimizdən də irəlidəyik"
“Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri Kamran Babayevlə müsahibə.
-Kamran bəy, sığorta bazarı üzrə 5 aylıq nəticələr məlumdur. “Azərbaycan Sənaye Sığorta”nın göstəriciləri sizi qane edirmi?
- Son statistikaya əsasən yığımların həcmində də gözlədiyimizdən də irəlidəyik. Sığorta ödənişləri də planladığımız həcmdədir. Mənfəətin həcminə gəldikdə isə planladığımız mənfəətin üzərindəyik. Yanvar-may ayları üzrə “Azərbaycan Sənaye Sığorta”nın xalis mənfəəti 500 min manatdan çoxdur.
- Sığorta yığımları nəyin hesabına artıb?
- Böyüməkdə olan əsas portfelimiz yük sığortası ilə bağlıdır. Bu sahədə yeni müştərilər əldə etmişik. Yük sığortası ilə bağlı 4-5 il layihəni qazanmışıq. Bundan əlavə, əmlak sığortasında artım olub. Əmlak sığortasında 2 böyük risk götürmüşük. Bunlardan biri “Fairmont Hotel Baku”nun sığortasıdır. Bura əmlakın sığortası, dəzgah sınmasından sığorta, electron cihazların sığortası, daşınar və daşınmaz əmlakın sığortası daxildir. Digəri xarici ölkədə əmlak sığortasıdır.
- “Fairmont Hotel Baku”nun sığortası neçəyə başa gəlib?
- Kommersiya sirri olduğu üçün sığorta haqqı və yaxud sığorta öhdəliyinin həcmini açıqlaya bilmərik.
- Kənd təsərrüfatı sığortasında son durum necədir?
- İndiyə qədər 8500 hektar sahədə əkin sahələrini sığortalamışıq.Bunlar əsasən şəkər çuğunduru sahələridir. Hədəflərə gəldikdə, biz portfelimizi mütəmadi olaraq təhlil edirik. Zərərli və mənfəətli sahələri ayırırıq. Bundan sonra mənfəətli sahələrə fokuslanırıq. Zərərli sığorta növləri işləməyin mənası yoxdur. Sığorta yığımları bir tərəfdən artırsa, digər tərəfdən gözlənilməyən zərərlər ortaya çıxır. Tez böyüməyə tələsmirik.
-Gözlənilməyən sığorta ödənişlərlə qarşılaşmısızmı?
- Əsasən kənd tərəssüfatı sahəsində dolunun vurduğu ziyanla bağlı 3-4 bölgədə sığorta hadisəsi olub. Ekspertlər hadisə yerinə baxıb aktlaşdırıblar. Zərərin tam olaraq həcmi çuğundur yığımı zamanı müəyyən ediləcək. Amma böyük bir zərər gözlənilmir.
- Kamran bəy, ötən ay Bakıda Beynəlxalq Sığorta Forumu keçirildi. Sizin üçün hansısa yeniliklər oldumu?
- Burada bütün ölkələrdən partnyorlar iştirak edirdi. Bu da bir şans idi ki, hamı ilə görüşüb gələcək planlarımızı müzakirə edək. Təkrarsığortaçı partnyorlarımızda fəaliyyətimizi daha da genişləndirmək üçün imkanlar var.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 15 d. əvvəl
-
-
58 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















