Mamır bağı salınacaq
Yaponiyanın tanınmış “KOSUGİ-Zohen” şirkəti tərəfindən Bakının Xətai rayonun ərazisindəki Heydər Əliyev Parkında Mamır bağı salınacaq.
Bağın salınması üzrə planlaşdırılan işlərin müzakirəsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun əməkdaşları Şəkər Muxtarova və Aygün Məmmədova, şirkətin nümayəndələri və rayon icra hakimiyyətinin məsul işçiləri əraziyə baxış keçiriblər.
Botanika İnstitutundan bildirilib ki, Yaponiyadan gətirilməsi nəzərdə tutulan mamır növlərinin bir qismi zəngin floraya malik olan Azərbaycanda da mövcuddur. Ərazidə lazımi iqlim mühiti və şəraiti yaradıldıqdan sonra mamırın yetişdirilməsi və yayılması mümkündür. Müzakirələrdən sonra mamır növlərinin seçilməsi və test edilməsi qərara alınıb.
“KOSUGİ-Zohen” şirkətinin nümayəndələri Botanika İnstitutunda da olublar. İnstitutun direktoru, akademik Validə Əlizadə Xətai Rayon İcra Hakimiyyəti və “KOSUGİ-Zohen” şirkətinin birgə layihəsini alqışlayaraq bildirib ki, rəhbərlik etdiyi institutun əməkdaşları bu nəcib işə kömək göstərəcəklər. Sonra qonaqlar institutun herbarisində saxlanılan bir sıra mamır növləri və digər bitkilərlə tanış olublar.
Yekun müzakirələr Xətai Rayon İcra Hakimiyyətində aparılıb. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov iki gün ərzində görülən işlər barəsində məlumat verib, bu işdə əməkdaşlıq edəcək hər kəsə minnətdarlığını bildirib. Qeyd edilib ki, həyata keçirilən bu layihə Yaponiya–Azərbaycan dostluq əlaqələrinə yeni töhfə olacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 22 d. əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)









.jpg)





