Azercell-dən Yeni 4G MiFi kampaniyası
Mobil internetdən istifadəni rahatlaşdırmaq və yeni nəsil mobil texnologiyalarını bütün abunəçiləri üçün əlçatımlı etmək məqsədilə Azercell Telekom yeni 4G/3G MiFi və 3G USB modem kampaniyasını təqdim edir.
İndi abunəçilər Azercell-in təqdim etdiyi yüksək sürətli mobil internetdən daha sərfəli şəkildə yararlana biləcəklər.
Yeni kampaniyanın şərtlərinə əsasən 13 iyul tarixindən etibarən abunəçilər Azercell Eksklüziv Mağazaları, Azercell Müştəri Xidmətləri Ofisləri və yaxud Azercell-in rəsmi diler dükanlarına yaxınlaşıb aşağıdakı cihazlardan birini əldə edərsə, xərclədiyi məbləğ tam şəkildə onun nömrə balansına geri qaytarılacaq. Üstəlik, Azercell-in təqdim etdiyi aylıq LİMİTSİZ, 30GB=20AZN və ya 10GB=12AZN internet paketlərindən yararlana biləcək. Tələsin! Cihazların sayi məhduddur.
CİHAZ | QİYMƏT | HƏDİYYƏ BALANS |
4G MiFi | 149 AZN | 149 AZN |
3G MiFi | 99 AZN | 99 AZN |
3G USB MODEM | 49 AZN | 49 AZN |
Qeyd edək ki, Azercell Telekom mütəmadi olaraq mobil internet istifadəçiləri üçün endirimli kampaniyalar və sərfli xidmətlər təklif edir. Məlumat üçün bildirək ki, şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim etməklə ölkədə mobil internetdən istifadəni daha əlverişli edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























