“EmbaFinans”a hüquqşünas tələb olunur - VAKANSİYA
BOKT “EmbaFinans” MMC öz fəaliyyət müddətində hər zaman əməkdaşları ilə əlaqələrini yüksək səviyyədə saxlamış və zaman keçdikcə bu əlaqələri şirkətdaxili dostluq münasibətlərinə çevirməyə çalışmışdır.
Şirkətdaxili prinsiplərin saxlanılmasının vacibliyini mənimsəyən idarə heyəti işçilərinə dəyər verir, onların ehtiyaclarını nəzərə alır, hər bir əməkdaşına ayrılıqda öz ideya və təkliflərini təqdim etmə şansı verir.
Təşkilatın əməkdaşları arasında mehriban münasibət, işçilərin rahat iş şəraiti ilə təmin olunması təşkilatın uğurlarının nəticəsidir.
Bu gün bütün EmbaFinans əməkdaşları şirkətin nailiyyətləri sırasına öz tövhələrini əlavə etmək üçün əlindən gələni edir. BOKT “EmbaFinans” MMC öz işçilərini onların intellektual səviyyəsi, işinə yiyələnmə bacarığının olması kriteriyaları əsasında təyin edir və bu kriteriyaları izləməyə hər zaman davam edəcəkdir. Qapımız hər bir kəsin üzünə açıqdır. Sizin də!
BOKT "Embafinans" MMC “Hüquq” şöbəsinın aparıcı hüquqşünası vakansiyasını elan edir:
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətlə əlaqəsi olan işlər üzrə qəbul olunmuş məhkəmə qərarları barədə tabe olduğu vəzifəli şəxsi məlumatlandırır;
- Cəmiyyətlə əlaqəsi olan işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəldir və onların Cəmiyyət tərəfindən icrası üzərində tabe olduğu vəzifəli şəxsin tapşırığı çərçivəsində nəzarəti həyata keçirir;
- Problemli kreditlərin həll olunmasında Problemli Kreditlərlərin idarə edilməsi şöbəsinə hüquqi yardım edir;
- Qüvvəyə minmiş məhkəmə aktları üzrə icra şöbələri ilə işlərin təşkilini həyata keçirir (icra məmurları ilə işləmək, zərurət yarandıqda icra məmurları ilə müştərinin ünvanına getmək, icra tədbirləri ilə bağlı şirkəti məhkəmələrdə təmsil etmək, müştərilərlə daim əlaqə saxlamaq və.s)
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
-Ali hüquq təhsili;
-Hüquq sahəsində ən azı 3 il təcrübə;
-Bank və ya məhkəmə təcrübəsi;
-Dəqiqlik və ehtiyatlılıq bacarığı;
-Nəzarət edə bilmə qabiliyyəti;
-Komanda ilə işləmək bacarıqları;
-Yüksək gərginlikdə işləmə bacarığı;
-MS Office proqramlarında mükəmmə istifadə bacarığı.
İş qrafiki: 5 gün / saat 09.00-18.00
Müracət və seçim qaydaları:
Maraqlananlar müraciət formalarını CV (resume) [email protected] ünvanına göndərə bilərlər.Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.
Bizi izləyin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
10 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
11 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
11 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 12 saat əvvəl
-
13 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"





















