Tesla-nın birjadan çıxması gündəmdədir
Amerika beynəlxalq elektrikli avtomobil istehsalçısı Tesla-nın Nyu-York birjasından çıxmasının gündəmdə olduğu bildirilib.
"Marja" xəbər verir ki, Tesla-nın qurucusu və İcraçı direktoru Elon Musk, "Twitter" hesabından verdiyi açıqlamada, "Tesla-nın bir səhminə 420 dollar ödəyərək birjadan çıxmağı qiymətləndirirəm. Maliyyə həll olunub" -ifadələrini istifadə edib.
Həmçinin, "Birjadan çıxmadığımız vəziyyətində, ümid edirəm ki, hazırkı bütün investorlar Tesla-da qalır" qeyd edən Musk, şirkət səhmdarlarının öz səhmlərini 420 dollardan sata biləcəyi və ya şirkətin birjadan çıxması halında səhmlərini əllərində saxlamağa davam edə biləcəklərini qeyd edib.
Tesla-nın bir səhminə 420 dollar ödənilərək birjadan çıxması vəziyyətində şirkətin dəyərinin 70,6 milyard dollar olacağı gözlənilir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
2010-cu ilin İyun ayında Tesla-nın səhmləri Nyu-York birjasına 17 dollardan satışa təqdim olunmuşdu.
Səhmdarları şirkətin artan nağd xərclərinə və avtomobillərin vaxtında təslim edilə bilinməməsinə görə Tesla-nı tənqid edirlər. Mütəxəssislər Tesla-nın birjadan çıxması halında bu cür təzyiqlərin bir qisminin şirkətin üzərindən qalxacağını qeyd edirlər.
Tesla səhmləri üzrə əməliyyatlar təxirə salındı
Elon Musk-ın açıqlamasından sonra Tesla-nın Nyu-Yorkdakı Nasdaq Texnologiya İndeksində əməliyyat görən səhmləri 8,5 faiz artımla 371,15 dollara qədər yüksəlib və şirkətin bazar dəyəri də 62,4 milyard dollara çatıb.
Buna baxmayaraq qısa müddət sonra Nasdaq, Tesla səhmləri üzrə əməliyyatları 367 dollardan təxirə saldığını bildirib.
"Səudiyyə Ərəbistanı Tesla-nın səhmlərini alacaq" iddiası
Tesla ilə bağlı başqa bir xəbər isə "Financial Times" qəzetində verilib.Qəzetin xəbərində, dünyanın ən böyük fondlarından biri olan Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun bu il ərzində şirkətin 3- 5% səhmini satın alacağı iddia edilib. Bu məqsədlə 1.7 - 2.9 milyard dollar investisiya yatırılacağı qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 39 d. əvvəl
-
48 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
51 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir





















