Azərbaycanda daxili səyahətlər də sığortalanacaq
Azərbaycanda ölkə daxili səfərlər üçün sığortanın tətbiqinə başlanılacaq. Sığorta şirkətlərinin demək olar ki, hamısı xarici səyahət üçün sığorta xidməti göstərsələr də daxili səfərlər üçün sığorta xidməti göstərən şirkət demək olar ki, yoxdur. İndi isə yeniliyi "Atasığorta" edərək daxili səyahətin sığortalanmasına başlayır.
Şirkətin yeni təqdim etməyə hazırlaşdığı səyahət sığortası paketlərini açıqlayıb. Məlumata görə, "Atasığorta" regionlara səyahət edən şəxsləri iki variantda – günü 3,5 manat və ya 5,5 manat sığorta haqqı ilə sığortalayacaq. 3,5 manatlıq sığortalanma zamanı müştəriyə 5 min manat, 5,5 manatlıq sığortada isə 10 min manatlıq sığorta məbləği təklif edilir. Bu sığorta tibbi (ambulator və stasionar) xidmətlər üzrə, tibbi daşınma/evakuasiya və repatriasiya, hüquqi yardım xidmətlərini əhatə edir. Bununla yanaşı, genetik xəstəliklər, şəkər və ürək xəstələri olanlara isə bu aid olmayacaq.
"Atasığorta"nın rəhbəri Müseyib Əliyev bildirib ki, artıq şirkət bu məhsulları təsdiqlənmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edib, təsdiqdən dərhal sonra məhsulların tətbiqinə başlanacaq.
Şirkət rəhbərinin sözlərinə görə, daxili səyahət üçün sığorta məhsulları bütün fəsillərdə keçərli olacaq, o cümlədən qış tətillərində də daxili səyahəti sığortalamaq mümkün olacaq. Amma fəsillərdən asılı olaraq qiymətlər də dəyişəcək.
M.Əliyev bildirib ki, bundan başqa, sentyabrdan etibarən şirkət könüllü sığorta üzrə yeni məşsullarını təqdim etməyə hazırlaşır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)




