2018-ci ilin birinci yarısında 22 bank mənfəət vergisi ödəməyib
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-si mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Bunlar "Kapital Bank", "Xalq Bank", "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey" və "Zıraat Bank Azərbaycan"dır. Adları çəkilən banklar bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 15,556 milyon manat vergi ödəyiblər. Ən çox vergi ödəyən "Kapital Bank" (11,231 milyon manat), ən az vergi ödəyən isə "Zıraat Bank Azərbaycan" (237 min manat) olub.
1 bank - "Azərbaycan Beynəlxalq Bankı" mənfəət vergisi ödəmələrinə 518 min manat qənaət edib.
Qalan 22 bank isə vergi məsələsini ilin sonuna saxlayıb. Bunlardan 6-sı I yarımili zərərlə başa vurmuş "Access Bank", "AGBank", "Amrah Bank", "Bank VTB Azərbaycan", "Muğan Bank" və "Nikoyl Bank"dır ki, onların mənfəət vergisi ödəməməsi təbiidir.
2 BANK MƏNFƏƏT VERGİSİ ÖDƏMƏLƏRİNİ 100% AZALDIB
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 7-si bu ilin yanvar-iyun aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 1-də "Bank Silk Vey"də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 97,8% çox olub.
Digər 6 bankdan 4-nün - "Kapital Bank", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Sənaye Bankı" və "PAŞA Bank"ın mənfəət vergisi ödəmələri illik müqayisədə azalıb. Ən çox azalma "PAŞA Bank"da (71,2%), ən az azalma isə "Kapital Bank"da (2%) qeydə alınıb.
2 bank - "Xalq Bank" və "Yapı Kredi Bank Azərbaycan" isə ötən ilin I yarısında vergi ödəmədikləri üçün onun mənfəət vergisi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
1 il bundan əvvəl müxtəlif məbləğlərdə mənfəət vergisi ödəmiş "Bank VTB Azərbaycan" və İran Milli Bankının Bakı filialı isə bu ilin ilk 6 ayında vergi ödəməyiblər. Rusiya bankının törəməsi I yarımili zərərlə başa vurub, yəni vergiyə pul ayırmaması təbiidir, İran bankı isə mənfəətlə işləsə də, vergi məsələsini ilin sonuna saxlayıb. Odur ki, bu bankların mənfəət vergisi ödəmələri 100% azalıb.
Qalan 20 bank isə həm bu ilin yanvar-iyun aylarında, həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyiblər. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
ABB ödədiyi / qənaət etdiyi mənfəət vergisinin dinamikasını açıqlamayıb.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
43 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
48 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















