Maaşlar artsa da, gəlir vergisi kəsirlə icra edilib
“Vergilər Nazirliyi xətti ilə vergi gəlirlərinin cari il üzrə müəyyən edilmiş proqnoz göstəriciləri əlavə dəyər vergisi və fiziki şəxslərin gəlir vergisi üzrə kəsirlərlə, digər vergi növləri üzrə isə artıqlaması ilə yerinə yetirilmişdir”.
“Marja” xəbər verir ki, bu, Hesablama Palatasının "2018-ci ilin yanvar-iyun ayları üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlili"ndə qeyd edilib.
Bildirilib ki, fiziki şəxslərin gəlir vergisinin kəsirlə icra edilməsi orta aylıq gəlirlərin və əmək haqqı səviyyəsinin artımı fonunda müşahidə edilmiş, bu vergi növünün tərkibində yalnız büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərindən gəlir vergisi üzrə proqnoz göstəricilərinə nail olunmuşdur, 112,0% səviyyəsində icra edilmişdir.
Əlavə Dəyər Vergisinin tərkibində hesabat dövrü üçün proqnozlaşdırılmış məbləğ yalnız Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə ƏDV üzrə artıqlaması ilə icra edilmiş, digər istiqamətlər üzrə proqnoz göstəricilərinə nail olunmamışdır.
Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlər üzrə müəyyən edilmiş proqnoz göstəricilərin icrası əsasən artıqlaması ilə təmin edilmiş, kəsirlər aksizlər və Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa yol vergisi üzrə yaranmışdır. Dövlət Gömrük Komitəsi xətti ilə malların idxalına görə əlavə dəyər vergisinın və idxal gömrük rüsumlarının icra göstəricilərinin proqnoz göstəricilərlə müqayisədə nəzərəçarpacaq çox olması əsasən bu daxilolmaların əhatəsinin genişlənməsi ilə izah edilir ki, buna da “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə idxal olunan malların (işlərin və xidmətlərin) satınalınmasının dayandırılması üçün müəyyən edilmiş müddətin 2018-ci ilin 1 yanvar tarixində sona çatması öz təsirini göstərmişdir.
Büdcə təşkilatlarının kommersiya fəaliyyətindən gəlirləri 194656,0 min manat məbləğində icra edilmişdir ki, bu da il üçün təsdiq edilmiş proqnozun 42,0%-ə, 6 aylıq proqnozun isə 91,8%-ə bərabərdir. Bu gəlirlərin 68,7%-i büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 23,7%-i məqsədli büdcə fondlarının daxilolmalarının və 7,6%-i sair daxilolmaların payına düşmüşdür. 5 İllik və yarımillik proqnozlara büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 29,3% və 63,5% icra olunaraq 133730,0 min manat, məqsədli büdcə fondlarının daxilolmaları üzrə 6,8 dəfə və 14,0 dəfə çox icra olunaraq 46204,0 min manat, eləcə də proqnozlar müəyyənləşdirilməyən sair daxilolmalar üzrə 14723,0 min manat məbləğində vəsait dövlət büdcəsinə daxil olmuşdur. 2018-ci ilin birinci yarımilliyində 2017-ci ilin eyni dövrü ilə müqayisədə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 24357,4 min manat və ya 22,3%, məqsədli büdcə fondlarının daxilolmaları 43195,1 min manat və ya 15,0 dəfə artmış, sair daxilolmalar isə 21194,3 min manat və ya 59,0% azalmışdır.
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 2018-ci il dövlət büdcəsində 68529,0 min manat , o cümlədən Serbiya Respublikasına verilmiş kreditlər üzrə 66265,0 min manat və Gürcüstan Respublikasına verilmiş kreditlər üzrə 2264,0 min manat nəzərdə tutulmuş, cari ilin 6 ayında 223,9 min manat, yəni illik proqnozun 0,3%-i səviyyəsində icra olunmuşdur.
Dövlət büdcəsində xarici dövlətlərə kreditlər üzrə xərc nəzərdə tutulduğu halda, dövlət büdcəsinin gəlirlər hissəsində yalnız xarici hökumətlərdən alınan faizlər nəzərdə tutulmuş, geri qaytarılan əsas borc isə büdcə gəlirlərinin təsnifatında müvafiq maddə nəzərdə tutulmadığından sair daxilolmalar kimi uçota alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
1 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
2 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
2 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
























