"Azexport"a daxil olan ixrac sifarişləri aydan-aya azalır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin avqust sayı təqdim olunub.
“Marja”nın məlumatına görə, “İxrac İcmalı”nda 2018-ci ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.
Göstərilib ki, 2018-ci ilin iyul ayı ərzində Azexport.az portalına 31,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.
Ümumilikdə isə 2018-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 315,5 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 19 faiz artıb.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 iyul tarixinə kimi (19 ay ərzində) Azexport.az portalına dünyanın 100 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 790,5 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ilin əvvəlindən bəri hər ay daxil olan sifarişlər azalır. Yanvarda 81,5 milyon dollar olmuş aylıq sifarişlər, İyulda 31,1 milyon dollara düşüb.

Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 22 saat sonra
-
- 2 d. əvvəl
- 30 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Ən çox oxunanlar
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib






















