"Amerika bazarında çöküş trendi başlayıb"
ABŞ-ın ən böyük investisiya bankı və maliyyə xidmətləri şirkətlərindən biri olan "Morgan Stanley"in hesabatında, Amerikanın qiymətli kağızlar bazarında geriləmə trendinin başladığı qeyd olunub.
"Marja" xəbər verir ki, "Morgan Stanley" tərəfindən hazırlanan hesabatda, "ABŞ bazarında qiymətlərin dekabrda, həssaslığın isə yanvarda zirvəya qalxmasının ardından "ayı bazarı"nın çoxdan başlamış olduğunu düşünürük",- ifadəsi istifadə edilib.
Hesabatda, gələn il ABŞ şirkətlərinin mənfəətlərinin artmasının ləngiyəcəyi təxmin edilib və bunun bazarın proqnozundan daha sürətli reallaşacağı qeyd edilib.
Bazarlarda pozulan maliyyə şərtlərinin və şirkətlərin qazanclarının yavaşlamasının diqqətlə izləndiyi vurğulanan hesabatda, Standard & Poor's 500 İndeksinin gələn ilin iyun ayının ortasında 2 min 750 bənd olmasının nəzərdə tutulduğu qeyd edilib.
Standard & Poor's 500 İndeksi çərşənbə günü 2 min 888 bənddən bağlanıb. İndeksin gələn ilin iyun ayında nəzərdə tutulan səviyyədə olması təxminən 140 bənd (4,8 faiz) bir azalmaya işarə edir.
"Ayı bazarı", uzun müddət investorların birjada satış mövqeyi tutduqları, qiymətlərin düşməsi və bazarların pessimist olduğu hallar üçün istifadə edilir.
Bəzi analitiklər isə Standard & Poor's 500 İndeksinin qalxdığı ən yüksək səviyyədən 20 faiz dəyər itirməsi vəziyyətində bazarların mövqeyini "ay bazarı" adlandırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






