Neft 2040-cı ildə də ən böyük paya sahib olacaq
Dünyada 2040-cı ilə qədər qlobal enerji tələbatının illik orta hesabla 1,2% artımla gündəlik 364 milyon 700 min barel neft ekvivalentinə yüksələcəyi proqnozlaşdırılır.
"Marja" xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci il üçün Dünya Neft Proqnozları Hesabatına görə, 2040-da çürüntü (fosil) yanacaqlarının qlobal enerjidə payı 75%-ə çıxacaq. Fosil yanacaqları arasında neft 28% ilə ən böyük paya sahib olacaq. Neftin ardınca 25 faiz ilə qaz və 22% ilə kömür gələcəkdir.
Enerji tələbində alternativ (yenilənən) enerji mənbələrinin payı 19 faiz, nüvə enerjinin isə 6 faiz olacaq.
Qlobal enerji tələbatı, 2040-a qədər illik orta hesabla 1,2% artımla gündəlik 364 milyon 700 min barel neft ekvivalentinə yüksələcək. Artımın böyük bir hissəsi inkişaf etməkdə olan ölkələrdən irəli gələcək. İnkişaf etməkdə olan ölkələrdə enerji tələbatı 2040-ci ilə qədər illik orta hesabla 1,9 faiz, Avrasiya bölgəsində isə illik orta hesabla 0,7% yüksələcək. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) regionunun enerji tələbatı isə böyük ölçüdə eyni qalacaq.
Qlobal neft tələbi isə 2040-da gündəlik 111,7 milyon barrel olaraq baş verəcək. İnkişaf etməkdə olan ölkələrdə neft tələbatı gündəlik 66,6 milyon barrelə, Avrasiya bölgəsində isə gündəlik 6,4 milyon barrelə çıxacaq. OECD bölgəsində tələb, gündəlik 38,7 milyon barrelə geriləyəcək.
OPEC-in xam neft hasilatı 2040-da gündəlik 49,3 milyon barrel olaraq hesablanır və dünyada hasil edilən neft içərisində payı 36%-ə yüksələcək.
Qlobal neft tələbində ən çox artımın baş verdiyi sahə avtomobil nəqliyyatı olacaq. Avtomobil nəqliyyatında neft istifadəsi 2040-da gündəlik 47,8 milyon barrelə yüksələcək. Növbəti yerlərdə aviasiya, sənaye və neft-kimya kimi sektorları gələcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





