"DİA Holding"in tərəfdaşı iflasın astanasında
İtaliyanın "Astaldi" şirkəti iflasın astanasındadır.
"Marja" xəbər verir ki, şirkət Romada konkordat (müflisləşmə razılaşması) üçün məhkəməyə müraciət edilb.
"Astaldi", Türkiyədə "Yavuz Sultan Səlim" körpüsündə sahibi olduğu 33 faiz səhminin satışınının gecikməsinə görə maddi çətinlik çəkdiyini açıqlayıb. Satışın gecikməsinin səbəbi Türkiyənin maliyyə vəziyyətindəki son proseslərdir.
"Astaldi", məhkəməyə təqdim etdiyi planda səhmdarların toplantısında kapitalın artırılmasının təsdiq olunduğunu, ancaq bunun həyata keçməsi üçün "Yavuz Sultan Səlim" körpüsündə payının satışının şərt olduğunu da vurğulayıb və 2018 - 2022 dövrünü əhatə edən strateji plandakı hədəflərə çatmağın mümkün olmadığını bildirib.
Xəbərin ardından "Astaldi" şirkətinin səhmləri saat brjada 14.4% dəyər itirərək 1.14 avrodan 0.97 avroya düşüb.
İyun ayının sonunda açıqlama verən "Astaldi" şirkətinin İcraçı direktoru Paolo Astaldi, "Yavuz Sultan" körpüsündə payının dəyərinin 350 milyon avro olduğunu bildirmiş və səhmlərin satışı üçün danışıqların davam etdiyini söyləmişdi.
Qeyd edək ki, "Yavuz Sultan Səlim" körpüsünün tikintisi üzrə tenderdə "DİA Holding"in ortaq şirkəti "İC İçtaş"- "Astaldi" ortaqlığı qalib elan edilmişdi.
"DİA Holding" Azərbaycanda da yaxşı tanınır. Belə ki, Heydər Əliyev Mərkəzi, “Alov” qülələri, “Şahdağ” Turizm Kompleksi "DİA Holding" tərəfindən tikilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





