Avro, səhmlər ucuzlaşır - İTALİYADA NƏ BAŞ VERDİ?
İtaliyada "büdcə böhranı"
Hökumətin gələn ilə dair bazar proqnozundan yüksək büdcə kəsiri üzərində razılaşması ilə əlaqədar olaraq İtaliya şirkətlərinin səhmləri və istiqrazları satış təzyiqi ilə qarşı-qarşıya qalıb.
"Marja" xəbər verir ki, İtaliyada bank səhmləri kəskin ucuzlaşıb, bəzi səhmlərin ticarəti alt qiymət sərhədində dayandırılıb.
Avro, İtaliyada bank qiymətli kağızlarındakı kəskin satışın təsirilə dollar qarşısında daha da ucuzlaşıb. Avro/dollar məzənnəsi Bakı vaxtı ilə saat 16:00-da 0.58 faiz minusda 1.1574-dən əməliyyat olunub.
FTSE İtaliya Bank İndeksi, həftənin son iş günündə 7.42 faiz geriləyərək iki ildən uzun bir müddətin ən kəskin azalmasını qeyd edib.
10 illik İtaliya xəzinə istiqrazlarının faizi 3.2574 faiz səviyyəsinə qədər qalxıb.
İTALİYADA NƏ BAŞ VERDİ?
İtaliya hökuməti Avropa bazarlarında maraqla gözlənilən büdcə hədəflərini açıqlayıb. Populist koalisiya hökuməti dövlət xərclərində böyük artıma getmək məsələsində razılaşıb. Belə ki, gələn il üçün büdcə kəsiri hədəfi 2.4 faiz olub.
İtaliyanın texnokrat iqtisadiyyat və maliyyə naziri Giovanni Tria, büdcə kəsiri hədəfinin ÜDM-in 1.6%-i olmasını müdafiə edirdi. Əvvəlki mərkəzi sol hökumətin 2019-cu il üçün büdcə kəsiri hədəfi 0.8% idi. Avropa İttifaqının (Aİ) büdcə kəsiri məhdudiyyəti isə 3 faiz səviyyəsindədir.
Koalisiya partiyaları ilə bir əlaqəsi olmayan iqtisadiyyat naziri Giovanni Tria, Prezident Mattarellanın koalisiyanın ilk namizədini rədd etməsindən sonra hökumətə daxil olmuşdu.
Bazar gözləntilərinin üzərində razılaşdırılmış büdcə kəsiri hədəfi, İtaliya hökumətini həm bazar, həm də Avropa İttifaqı ilə qarşı-qarşıya gətirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





