ABŞ, İranla dostluq müqaviləsini dayandıracaq
Beynəlxalq Ədalət Məhkəməsi (UAD) ABŞ-dan İrana qarşı sanksiyaları dayandırmağı tələb edib. Məhkəmənin qərarına ABŞ reaksiya verib.
"Marja" xəbər verir ki, ABŞ-ın xarici işlər naziri Mike Pompeo, tədbir qərarının səbəbi olaraq göstərilən 1955-ci ildə iki ölkə arasında imzalanmış İran - ABŞ Dostluq Müqaviləsini Tehran rəhbərliyinin illərdir pozduğunu və müqaviləni dayandıracaqlarını bildirib.
Həmçinin Pompeo, İranın İraqda ABŞ üçün bir təhdid olduğunu deyib.
Tehran rəhbərliyi, ABŞ Prezidenti Donald Trampın nüvə müqaviləsindən çıxaraq sanksiyalar tətbiq etməsinin 1955-ci ildə iki ölkə arasında imzalanmış "İran - ABŞ Dostluq Müqaviləsi"nə zidd olduğunu müdafiə edərək, məhkəmə başa çatana qədər sanksiyaların təxirə salınmasını istəyir.
Sözügedən müqavilənin artıq etibarlı olmadığını iddia edən ABŞ tərəfi isə İrana qarşı sanksiyaların hər hansı bir müqaviləni pozmadığını bildirir.
Beynəlxalq Ədalət Məhkəməsi verdiyi qərarla İranın müraciətini qəbul edərək sanksiyaların dayandırılması üçün qərar verib.
ABŞ Prezidenti Donald Tramp, 8 Mayda ölkəsini nüvə müqaviləsindən çıxardaraq, İrana qarşı sanksiyaları geri qaytarmışdı. Bundan sonra Tehran rəhbərliyi, ABŞ-ın birtərəfli sanksiyalarının iki ölkə arasında 1955-ci ildə imzalanan "Dostluq Müqaviləsi"nə xələl gətirdiyi səbəbilə UAD-da cinayət işi açmışdı.
UAD, Birləşmiş Millətlər Təşkilatı (BMT) müqavilələri ilə beynəlxalq müqavilələrə məsələ olan problemlərin həlli məsələsində BMT-nin məhkəmə orqanı kimi çıxış edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
- 33 d. əvvəl
-
37 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb


























