Palatada Direktorlar Şurası ləğv olundu - RÜFƏT ASLANLI VƏZİFƏSİNİ İTİRDİ
Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub.
“Marja” xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb.
Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir.
Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı Direktorlar Şurasına həvalə edilmişdi.
Direktorlar Şurası ləğv edildiyindən sədr, müavin və üzv vəzifələrini itiriblər.
Qeyd edək ki, Direktorlar Şurasının sədri Rüfət Cəbrayıl oğlu Aslanlı, Direktorlar Şurasının sədrinin müavini Nigar Ramiz qızı Məmmədova, Direktorlar Şurasının üzvü isə İlqar Nazim oğlu Muradov idi.
Bu gün Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman ilə müəyyən edilib ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin üzvləri bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq təyin olunana qədər İdarə Heyətinin vəzifələrini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu Fərman qüvvəyə mindiyi günədək formalaşmış İdarə Heyəti həyata keçirir.
Yeni Nizamnamədə bildirilir ki, Palatanı idarəetmə orqanı İdarə Heyətidir.
Palatanın İdarə Heyəti Palataya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.
Köhnə Nizamnaməyə görə, Palatanın İdarə Heyəti Baş icraçı direktor, onun iki müavini və digər altı nəfər üzvdən ibarətdir.
Hazırda Palatada mövcud rəhbərlik
İbrahim Əsəd oğlu Alışov – Baş icraçı direktor
Asim Asəf oğlu Zülfüqarov – Baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru
Əfqan Məhəmməd oğlu Baxışov – Hüquq və icraat departamentinin direktoru
İmran İsmayıl oğlu Məmmədov – Bank fəaliyyətinə nəzarət departamentinin direktoru
Fuad Həşim oğlu Sadıqov – Sığorta bazarına nəzarət departamentinin direktoru
Cavid Rüstəm oğlu Nəzərov – Maliyyə bazarlarına nəzarət departamentinin direktoru
Palatanın yeni nizamnaməsi ilə buardan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























