İtaliyanın kredit reytinqi aşağı salındı
Beynəlxalq kredit reytinqi agentliyi Moody's, İtaliyanın kredit reytinqini "Baa2"dən "Baa3"ə endirib. Reytinqin proqnozu "sabit"dir.
"Marja"nın məlumatına görə, agentlikdən bildiriblər ki, reytinq aşağı salınmasına əsas olaraq İtaliya hökumətinin gələcək illərə hesablanmış büdcə kəsiri hədəflərinin Moody's-in daha əvvəl proqnozlaşdırdığı səviyyələrdən yüksək olmasıdır. Agentlik hesab edir ki, maliyyə və struktur islahatlarına dair planların reallaşdırılması sürəti azalıb.
Gələn il İtaliya hökuməti büdcə kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətini, işsizlərə veriləcək müavinət, pensiya islahatı və bank böhranlarından əziyyət çəkənlərə yardım edilməsi kimi vədləri reallaşdırmaq üçün 2,4%-ə qaldırmağı hədəfləyir. Bu rəqəm, daha əvvəl 1,6% olaraq təyin olunmuşdu.
İtaliya dövlət istiqrazları və səhmləri, Avropa Birliyindən (AB) büdcə planına tənqidlərin artırması səbəbindən həftənin son iş günündə kəskin ucuzlaşıb.
Dövlət borcunun ÜDM-ə nisbəti 130%-ə çatan İtaliya, Avropa Birliyində Yunanıstandan sonra ən çox dövlət borcu olan ölkədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)







