"Rusiya və Səudiyyə Ərəbistanı İran neftinin yerini tuta bilməz"
İranın neft naziri Bijen Namdar Zəngənə, Rusiya və Səudiyyə Ərəbistanı neftinin, İran neftinin alternativi olmayacağını bildirib.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanı və Rusiyanın neft istehsallarının öz tarixlərinin ən yüksək səviyyələrində olduğuna diqqəti çəkən Zəngənə, bu iki ölkənin daha çox neft hasil etmək və İranın yerinə keçmək imkanları olmadığını deyib.
Zəngənə, "Səudiyyə Ərəbistanının özü üçün saxladığı neft ilə qısa bir müddətdə gündəlik 500 min barrel, OPEC üzvü olan ölkələrin isə gündəlik 105 min barrel artırabilmə güclərinin olduğunu" qeyd edib.
Rusiyanın neftinin sentyabrda bir əvvəlki ayla müqayisədə gündəlik 388 min barel artdığını və bunun ən yüksək səviyyəsi olduğunu bildirən Zəngənə, Rusiyanın, yaxın perspektivdə investisiya dəstəyi almadan, öz imkanları ilə yalnız bu qədər neft istehsal edə biləcəyini söyləyib.
İranlı nazir, Rusiya və Səudiyyə Ərəbistanının İranın yerini tuta bilməyəcəyinin neft bazarlarını ciddi şəkildə narahat etdiyinə diqqəti çəkərək, qiymətlərin də buna görə artdığını və avqustda 67-77 dollar aralığında olan bir barrel neftin oktyabr ayında 84 dollara çıxdığını qeyd edib.
Qiymətlərin yüksəlməsinin neft alan ölkələrin iqtisadiyyatlarına mənfi təsir göstərdiyini bildirən Zəngənə, "Bazarlar da İrana alternativ tapa bilməz. Bu səbəbdən Cənab Trampa İran neftinə sanksiya tətbiq etməkdən imtina etməsini təklif edirik",- ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























