Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir
(®) Kapital Bank 22-25 oktyabr tarixlərində Sidneydə keçirilən ənənəvi SIBOS – 2018 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edir. Əvvəlki illərdən fərqli olaraq bu il, Kapital Bank, PASHA Bank ilə birgə eyni stenddə təmsil olunur. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.
Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirlərdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunurlar. Bu il SIBOS konfransında müzakirə olunan mövzular əsasən 4 əsas istiqaməti əhatə edir: süni intellekt və robotlaşdırma vasitəsilə biznes modelin yenilənməsi, maliyyə cinayətlərini həll etmək üçün yeni paradiqmalar və texnologiyalar, rəqəmsal iqtisadiyyatda genişlənən kiber təhlükəsizlik problemləri və yeni geosiyasi vəziyyətlərə uyğunlaşma.
“Bu ilki tədbirin sessiyaları, seminarları “Rəqəmsal iqtisadiyyatın aktivləşdirilməsi” mövzusu çərçivəsində təşkil olunub. Mütəxəssislər maliyyə sektorunda baş verən dəyişikliklər, müasir texnologiyalar, kiber təhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr edirlər. Biz də Kapital Bank olaraq proqram çərçivəsində bizə ayrılan sessiyada layihələrimiz barədə dünyanın müxtəlif ölkələrindən gələn tədbir iştirakçılarına məlumat verdik. Rəqəmsal bankçılığa keçid dönəmində bu cür görüşlərdə iştirak, gələcək fəaliyyətimizə öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
Qeyd edək ki, Kapital Bank BAFT-ın 10-cu Qlobal Şuraların Forumunda da (Global Councils Forum) iştirak edib. Bu forum bazar təcrübələrinin formalaşmasına, sənayedə yeni imkanların inkişaf etdirilməsinə, habelə qlobal maliyyə sisteminin təhlükəsizliyi və etibarlılığına dair təlimlərin təmin olunmasına həsr olunub.
Həmçinin SWIFT-ın nümayəndələri ilə də görüş keçirən Kapital Bank nümayəndələri, gələcək əməkdaşlığın genişləndirilməsi barədə ətraflı müzakirələr aparıb. Səfər çərçivəsində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, SWIFT-in Azərbaycan üzrə koordinatoru olaraq, illik yığıncaqda çıxış edib. Məlumat üçün bildirək ki, Kapital Bank həm Azərbaycanda, həm də regionda SWIFT gpi xidmətinə qoşulan yeganə bankdır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)







