"Muğanbank"dan daha bir yeni xidmət
(®) "Muğanbank" müştərilərinə daha bir yeni xidmət təqdim edir. "Muğanbank"ın məhsulu olan “Monex” təcili pul köçürmə sistemi “Mobil bankinq” proqramına əlavə olunub Qeyd olunan proqram vasitəsilə, vaxt itirmədən, günün 24 saatı pul köçürmələrini həyata keçirmək mümkündür.
"Muğanbank"a məxsus olan bütün növ plastik kartların sahibləri ölkədaxili təcili pul köçürmələrini rahat şəkildə həyata keçirə bilərlər.
Xidmətdən istifadə qaydası çox sadədir. "Muğanbank"a məxsus olan plastik kartların sahibləri “Mobil bankinq” proqramında “Cash by Code” menyusuna daxil olub, “Monex” bölməsini seçib, ölkədaxili təcili pul köçürmələrini həyata keçirə bilərlər. Göndərilən vəsait ölkədaxili 550-dən artıq “Monex” məntəqələrindən qəbul edilə bilər.
Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” sistemi vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər.
Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 14 d. əvvəl
- 24 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bank-dan sahibkarlar üçün 3 ay komissiyasız və limitsiz biznes ödənişləri
-
2 saat əvvəl
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
Dərnəgüldən qatarla birbaşa rayonlara!
Çinin avtomobil ixracında güclü artım
Rəsmi məzənnələr açıqlandı






.jpg)




.jpg)








