OBA yerli istehsalçılar ilə görüş təşkil edəcək
OBA marketlər şəbəkəsi yerli sahibkarlığa verdiyi dəstəyi daha da artırmaq, istehsalçıları satışa yox sırf keyfiyyətli məhsul istehsalına yönləndirmək, yeni fəaliyyətə başlayan sahibkarların məhsullarının topdan alınması istiqamətində müzakirələr aparmaq üçün sahibkarlarla görüş təşkil edəcək.
Şəbəkədən "Marja"ya daxil olmuş məlumata görə, görüşdə yerli sahibkarların istehsal potensialı, istehsal olunan məhsulun istehsal müəssisələrindən alınaraq birbaşa marketlərə çatdırılması, keyfiyyətə daimi nəzarət, keyfiyyətli xammal tədarükündə məsləhətlər, istehlakçıların tələb və davranışları və s. müzakirə olunacaq.
OBA Azərbaycanın əksər bölgələrini tam əhatə etmiş yeganə şəbəkə marketidir. Bu da sahibkarlar tərəfindən istehsal olunan məhsulların qısa zamanda ölkəmizin bütün bölgələrinə çatdırılması deməkdir.
OBA marketlər şəbəkəsi hal-hazırda 200-dən çox yerli istehsal müəssisəsi və sahibkarla əməkdaşlıq edir. Eyni zamanda görüşlərdə digər məqsəd yeni sahibkarlarla tanışlıq, onların biznesinin inkişafına dəstək, yeni istehsal sahələrinin yaradılmasına töhvə vermək və əhalinin qida təhlükəsizliyində yerli sahibkarların rolunu artırmaqdır.
Bu görüşlər mütəmadi olaraq keçiriləcəkdir. İlk görüş Bakı şəhərində, növbəti görüşlər isə Azərbaycanın digər bölgələrində olacaq. Görüşdə iştirak etmək istəyən sahibkarlar [email protected] ünvanına rəsmi müraciət göndərə və ya (+994 55) 6900966 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























