Gənc Sahibkarlara dəstək layihəsinə start verildi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Coca-Cola Fondu”-nun dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) reallaşdırdığı “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “New Generation” (Yeni Nəsil) Gənc Sahibkarlara dəstək layihəsinə start verilmişdir.
DVC-nin Mətbuat Xidmətindən “Marja”ya daxil olmuş məlumata görə. tədbirdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev, “Coca-Cola” şirkətinin Qafqaz ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya meneceri Elşad Fərzəliyev, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) sədri Ələkbər Mustafayev, həmçinin proqramın tərəfdaş təşkilatları və media nümayəndələri iştirak ediblər.
“New Generation” Gənc Sahibkarlara dəstək layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində 2018-ci ildə həyata keçirilməyə başlayacaq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edəcək. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunacaq. “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən bu layihədə ümumilikdə 2000 gəncin iştirakı nəzərdə tutulub.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək. İlk mərhələdə əhatə edilən iqtisadi zonalarda ümumi 2000 nəfərin müraciəti dəyərləndirildikdən sonra toplanacaq və seçilmiş layihə sahibləri maliyyə savadlılıqlarını və biznes biliklərini artırmaq üçün müvafiq təlimlərdən keçəcəklər. 2-ci mərhələdə təlimlər sessiyasını uğurla yekunlaşdırmış gənclər arasından ən uğurlu 1000 gənc seçiləcək və öz biznes planlarını hazırlayaraq təqdim edəcəkdir. 3-cü mərhələyə keçid şansı əldə etmiş startapçılar arasından 100 nəfər investisiya və mentor dəstəyi qazanacaqdır. 6 ay davam edəcək mentor dəstəyi ilə gənclər öz biznes ideyalarını inkişaf etdirərək 4-cü mərhələyə hazırlaşacaqlar. 6 ay ərzində startapçılar təcrübəli mentorlarla çalışacaqlar və mentorların dəstəyi ilə komandaların ilkin variantda məhsul və xidmətlərin yaradılması üzərində işləyəcəklərr. Yekun mərhələdə 20 uğurlu startap komandası layihələrinin inkişafı məqsədilə biznes inkubasiya və kovörkinq mərkəzlərinə yönəldiləcəkdir. Davamında isə növbəti investisiya şansını əldə etmək üçün netvörkinq və investor günlərində iştirak edəcəklər.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlıq və biznes sahəsinə olan dəstəyindən, həmçinin iqtisadiyyat sahəsi üçün islahatlarından bəhs edib. Nazir müavini həmçinin “Youth Inc.” Sahibkarlıq Proqramının və Biznes İnkubasiya Mərkəzinin fəaliyyətindən söz açaraq start götürmüş “Yeni Nəsil” (New Generation) layihəsi haqqında fikirlərini bildirərək qarşıdaki 1 il ərzində layihə heyətinə və əhatə ediləcək 2000 gəncə uğurlar arzulayıb.
Çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov öz çıxışında son günlərdə ölkəmizdə keçirilən sahibkarlıq ekosisteminə dəstək göstərən layihələrdən bəhs edərək “Youth Inc.” Sahibkarlıq Proqramının təşəbbüsü ilə həyata keçirilən bu layihənin də təqdirəlayiq olduğunu bildirib. Çıxışınında davamında isə layihənin 4-cü mərhələsində nəzərdə tutulan netvörkinq və investor görüşləri haqqında Gənclər Fondunun da iştirakı üçün maraqlı olduqlarını bildirib. Fərid Cəfərov öz çıxışının davamında layihənin müəyyən mərhələsində Gənclər Fondunun nəzərdə tutulan dəstəyindən də söz açıb.
Layihənin açılış mərasimində çıxış edən “Coca-Cola” şirkətinin Qafqaz ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib: “Coca-Cola olaraq, fəaliyyət göstərdiyimiz bütün ölkələrdə cəmiyyətin rifahının yaxşılaşdırılması, iqtisadi yüksəlişə töhfə vermək, eləcə də, gəncləri biznes fəaliyyətinə həvəsləndirmək başlıca prioritetlərimizdəndir. 2015-ci ildə əsası qoyulmuş Youth İnc. Biznes inkubasiya mərkəzinin yeni layihəsinin regionda yaşayan gəncləri də əhatə edərək, onların sahibkarlıq ideyalarının dəstəkləməsindən böyük məmnuniyyət duyur və gələcək fəaliyyətində uğurlar arzu edirik”.
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ələkbər Mustafayev çıxış edərək, təşkilatın startap ekosisteminə dəstək üçün olan fəaliyyətindən, beynəlxalq əlaqələrdən söz açıb. Çıxışının davamında isə Ələkbər Mustafayev, “Gənc Sahibkarlara Dəstək Proqramı” olan “Yeni Nəsil” (New Generation) layihəsinin məqsədləri, hədəfləri, cari və gələcək fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Həmçinin Ələkbər Mustafayev, layihə çərçivəsində əhatə olunacaq 4 iqtisadi-region və bu regionlarda əsasən gənclərin sahibkarlığının inkişafına yönəlmiş fəaliyyət bəhs edib.
Tədbirin davamında isə “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin 2015-2018-ci illərdə ən uğurlu startapçıları öz layihələrini təqdim etmiş və yekunda diplomla mükafatlandırılmışdır.
Layihə haqqında daha ətraflı məlumat almaq və qeydiyyat üçün: www.ng.youthinc.az/apply
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü




















.jpg)




