İnternet Bankçılıq xidmətinə ASAN İmza ilə qoşulmaq imkanı
(®) Elektron bankçılıq xidmətlərini getdikcə inkişaf etdirərək müştərilər üçün geniş seçim imkanları yaradan Azərbaycan Beynəlxalq Bankı daha bir yeniliyini təqdim edib. Hüquqi şəxslər və sahibkar fiziki şəxslər indi bankın IBA Banking İnternet Bankçılıq xidmətinə OTP açarı ilə yanaşı, ASAN İmza vasitəsilə də qoşula bilərlər.
İnternet Bankçılıq xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən bir çox imkanlardan faydalanmaq üçün şərait yaradır:
-Bank hesabına nəzarət;
-Hesabdan çıxarış;
-Ölkədaxili köçürmələr;
-Bankdaxili köçürmələr;
-Ölkəxarici köçürmələr;
-Kütləvi köçürmələr;
-Əməkhaqqı ödənişləri;
-Vergi ödənişləri;
-ƏDV ödənişləri;
-Konvertasiya əməliyyatları.
Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Azərbaycan Beynəlxalq Bankı biznes subyektlərinin elektron bankçılıq xidmətlərindən istifadə imkanlarını genişləndirmək üçün tədbirləri davam etdirir. Bu istiqamətdə digər yeniliklərimizi də tezliklə müştərilərimizə təqdim edəcəyik”.
İnternet Bankçılıq xidmətinə ASAN İmza vasitəsilə bu link üzərindən qoşulmaq mümkündür. https://asan.ibar.az/ibank/asan
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























