Azərbaycanlı nazir Parisdə fransız iş adamları ilə görüşüb
Azərbaycanın maliyyə naziri Samir Şərifov və AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Parisdə Fransa Sahibkarlar Təşkilatında (MEDEF) Azərbaycanda fəaliyyət göstərən və ölkəmizlə maraqlanan 30 fransız şirkətinin nümayəndələri ilə görüşüblər.
Görüş fransız şirkətlərinin nümayəndələrinə ölkəmizə sərmayə yatırımlarını dəstəkləmək üçün iqtisadiyyat və maliyyə sahələrində əsas istiqamətlər və prioritetlərlə yaxından tanış olmaq imkanı yaradıb.
12 fəaliyyət sahəsini əhatə edən fransız müəssisələri nümayəndələrinin həyata keçirilməkdə olan və gələcəkdə gözlənilən layihələrlə bağlı sualları cavablandırılıb.
Görüşdən sonra yeni texnologiyalar sahəsində ixtisaslaşmış VİVACTİON şirkətinin icraçı direktoru müsahibəsində informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində xidmət göstərdiklərini və beynəlxalq səviyyədə böyük uğurlara imza atdıqlarını bildirərək, Azərbaycan şirkətləri ilə, AZAL-la bu sahədə əməkdaşlıq etməkdə və bu istiqamətdə yeni strategiyanı müəyyən etməkdə maraqlı olduqlarını bildirib.
SAFT şirkətinin icraçı direktoru Kristian Lube ölkəmizdəki layihədə iştirakından, əməkdaşlıq etdikləri yerli insanların səriştəli olmasından və fəaliyyətlərinin uğurlu inkişafından danışıb. O, ölkəmizlə əməkdaşlıqdan məmnunluğunu bildirib.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























