Trump ABŞ-ın texnologiya nəhənglərinin rəhbərləri ilə görüşüb
ABŞ Prezidenti seçilən iş adamı Donald Trump, Amerikanın nəhəng texnologiya şirkətlərinin icraçı direktorları ilə görüşüb.
Görüş Trumpın Nyu-Yorkdakı ofisində keçirilib. Vəzifəsinə 20 Yanvar 2017-ci ildə başlaması gözlənilən Trumpın, ABŞ-ın texnologiya mərkəzi qəbul edilən Kaliforniya əyalətindəki Silikon Vadisi ilə Ağ Ev arasındakı münasibətləri inkişaf etdirməyi qarşısına məqsəd qoyduğu bildirilib.
Seçki kampaniyası zamanı, gəlirlərini ABŞ-dan xaricə köçürən Amerikalı texnologiya şirkətlərini tənqid edən Trump, iclasda beynəlxalq ticarət müqavilələrini inkişaf etdirmək və Amerikalı texnologiya şirkətləri üçün ticarəti daha asan hala gətirmək sözü verib.
Amerikalı texnologiya şirkətlərinin CEO-larına işarə edən Trump, "Dünyada sizin kimi heç kim yoxdur. İnnovasiyalara davam etməyinizi istəyirik. Bunun üçün sizin yanınızda olacağıq. Mənə və heyətimə istədiyiniz zaman müraciət edə bilərsiniz",- deyə bildirib.
Trump, şəxsi avtomobil sahiblərinin mobil tətbiq vasitəsilə taksicilik etməsinə imkan verən Uber-in İcraçı Direktoru Travis Kalanick ilə kosmos nəqliyyatı şirkəti Spacex və elektrikli avtomobil istehsalçısı Tesla Motors-un təsisçisi və icraçı direktoru Elon Muskın özünə məsləhətçilik edəcəyi məlumatını da verib.
Görüşdə, Elon Musk ilə bərabər Apple-ın icraçı direktoru Tim Kuk, Microsoft-ın icraçı direktoru Satya Nadella, e-ticarət şirkəti Amazon-un icraçı direktoru Cef Bezos, Google-ın baş şirkəti Alphabetin icraçı direktoru Larri Peyc, Facebook-ın rəhbəri Sheryl Sandberg, Intel-in İ icraçı direktoru Brayan Krzanich, proqram nəhəngi Oracle-ın rəhbəri Safra Catz, IBM-in icraçı direktoru Ginni Rometty və şəbəkə texnologiya şirkəti Cisco-nun icraçı direktoru Chuck Robbins iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)


