İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqladı
İngiltərə Mərkəzi Bankı faizi 0.75%-də, qiymətli kağız alışı proqramını isə 453 milyard funt sterlinqdə saxlayıb. Qərar yekdilliklə qəbul olunub.
Ölkənin Avropa Birliyindən çıxmasına 100-dən daha az gün qalmış və yüksək dərəcədə qeyri-müəyyənliklər söz mövzusu olduğuna görə, faiz nisbətlərində dəyişiklik gözlənmirdi.
İclasa aid protokollarda, "geniş miqyasda iqtisadi mənzərə, əhəmiyyətli dərəcədə AB-dən çıxma formasından asılı olacaq. Brexit-ə qarşı pul siyasətinin cavabı avtomatik olmayacaq" ifadəsi yer alıb. Qlobal iqtisadi artım üçün qısamüddətli mənzərənin yumşaldığı, aşağı istiqamətli risklərin də artdığı vurğulanıb.
Bank, Avqust ayında faiz dərəcəsini 25 bənd artıraraq 0.50%-dən 0.75%-ə yüksəltmişdi.
ABŞ Mərkəzi Bankı dünən faiz dərəcələrini artırmış, 2019-cu il üçün faiz artırımı proqnozlarını isə aşağı salmışdı. Bu gün Yaponiya Mərkəzi Bankı faizləri dəyişdirməmiş, İsveç Mərkəzi Bankı isə 2011-ci ildən bəri ilk dəfə faiz artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 49 d. əvvəl
-
- 50 d. əvvəl
- 51 d. əvvəl
- 59 d. əvvəl
-
59 d. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
1 saat əvvəl
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
-
2 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb
Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN
PAŞA Bank “Oyun 360” məhsulunu istifadəyə verdi
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
Ən çox oxunanlar
İyunun 3-də gözlənilən hava şəraiti
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb




















