60 faizini dövlət, 40 faizini vətəndaş ödəyəcək
Aqrar Tədqiqatlar Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə Lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanın icrasına həsr olunmuş mətbuat konfransı keçirilib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, imzalanmış Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi aqrar islahatların mühüm tərkib hissəsidir. Bu Fərmanın fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına hədəfləndiyini deyən nazir müavinin sözlərinə görə, aparılan islahatların nəticəsini hər bir fermer öz həyatında aşkar şəkildə hiss edəcək.
Ötən 14 il ərzində “Aqrolizinq” vasitəsilə ölkədə kənd təsərrüfatı texnika və damazlıq heyvan bazasının formalaşması və təkmilləşməsi fəaliyyəti həyata keçirildiyini deyən nazir müavini hazırda istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yarandığını bildirib.
“Fərmana əsasən, bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Texnika və damazlıq heyvan satışı “Aqrolizinq” tərəfindən deyil, təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarında rəqabət güclənəcək, qiymətlərdə azalma müşahidə olunacaq”.
İlhamə Qədimova bildirib ki, “Aqrolizinq”in portfeli, texnika və damazlıq heyvanlara güzəştlərin tətbiqi funksiyaları Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüləcək. “Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışında iştirak etməyəcək, yalnız gübrə və pestisidlərin satışını həyata keçirən bazar iştirakçılarından biri olacaq. Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri vəzifəsini icra edən Mirzə Əliyev bildirib ki, yeni Fərmana əsasən, kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40 faizini subsidiya şəklində ödəyəcək. Fermer 20 faiz ilkin ödəniş edəcək, qalan 40 faiz isə fermerə müvəkkil bank tərəfindən kredit şəklində veriləcək. Müvəkkil banklar tərəfindən tətbiq olunan maksimum 7% olan kredit faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq.
Damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10% artırılaraq 50%-dən 60%-ə qaldırılacaq. Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edəcək, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirəcək. Aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazası artmış olacaq və daim yenilənəcək.
“Aqrolizinq” ASC-nin sədri Seymur Mövlayev bildirib ki, Fərmanda “Aqrolizinq”in tabeliyində olan aqrotexniki servis xidmətləri mərhələli şəkildə özəlləşdirilməsi nəzərdə tutulur. Özəlləşdirmə aqrotexniki xidmətlərin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək. Bundan başqa kənd təsərrüfatı texnikası ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad olunmasına dair də təkliflər hazırlanır.
Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
8 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
8 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























