“Bloomberg” dünyanın ən varlı insanlarının bu il itirdiyi pulları hesablayıb
“Bloomberg” agentliyi 2018-ci ildə dünyanın ən varlı insanlarının varidatının 511 milyard dollar azaldığını bildirib.
“Bloomberg Billionaires Index” siyahısına daxil olan ən varlı 500 biznesmenin ümumi kapitalı 4,7 trilyon dollaradək azalıb. Ekspertlərin hesablamalarına görə, siyahının lideri – “Amazon” kompaniyasının sahibi Ceff Bezos il ərzində 53 milyard dollar zərərə düşüb. Onun aktivləri pik dövründə 168 milyard dollar həcmində qiymətləndirilirdi, ilin sonunda isə biznesmenin varidatı 115 milyard dollar təşkil edib.
Reytinqə daxil olan amerikalı milyarderlər (ABŞ-ın 173 nümayəndəsi) ilin əvvəlindən bəri ümumilikdə 5,9 faiz kapital itirib. Onların var-dövləti hazırda 1,9 trilyon dollar həcmində qiymətləndirilir. Ən varlı asiyalı biznesmenlərin kapitalı isə 144 milyard dollar azalıb.
Analitiklər avropali milyarderlərin aktivlərinin dəyərinin də azalmasını müşahidə ediblər. Belə ki, şin istehsalı ilə məşğul olan Almaniyanın “Continental AG” kompaniyasının səhmdarları - Şeffler ailəsi üzvlərinin göstəriciləri ilin əvvəlindən bəri 17 milyard dollar aşağı düşüb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 19 d. əvvəl
-
- 27 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
12 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Ən çox oxunanlar
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub














.jpg)




