“Kristal Abşeron”ın “Pilot layihə” üzrə tikdiyi bina yaşayışa verilib - FOTOLAR
Dekabrın 27-də Yasamal rayonu üzrə “Pilot layihə” çərçivəsində inşa olunan üçüncü yaşayış binası sakinlərin istifadəsinə verilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı bildirib: “Bu gün yeni ilin gəlişi ərəfəsində yeni binanın istifadəyə verilməsi xalqımızın gözəl həyat tərzinin göstəricilərindən biridir. Ümummilli Liderin siyasətini uğurla həyata keçirən dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülərək, yerində yeni, müasir evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bu gün Yasamal rayonunda da uğurla davam etdirilir. “Pilot layihə” çərçivəsində rayon ərazisində 18 qəzalı binanın sökülərək, yerində yeni evlərin tikilməsi nəzərdə tutulub. Hazırda layihədə nəzərdə tutulan 10 binanın tikinti işləri davam etdirilir. “Pilot layihə”nin əsas məqsədi orada yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsidir. Həmçinin şəhərin xüsusən mərkəzi hissəsində yerləşən və görünüş cəhətdən xələl gətirilən həmin binaların tədricən sökülməsi və yerində müasir, yaşayış üçün tələb olunan məişət təminatlarını özündə əks etdirən yaşayış binalarının inşasını nəzərdə tutur. “Pilot layihə” yə görə həmin binalarda yaşayan sakinlər müvəqqəti olaraq başqa mənzillərə köçürülür, sahibkarlar tərəfindən mənzillər inşa olunduqdan sonra orada yaşayan əhali təxminən 15-20 faiz əlavə sahə ilə də təmin edilirlər”.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov çıxışında həmçinin bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli ”Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər barədə” Qərarının icrası ilə əlaqədar Yasamal rayonunda növbəti, A.M.Şərifzadə küçəsi 122 ünvanda 4 girişli 42 mənzildən ibarət qəzalı vəziyyətdə olan binanın sökülməsi və yeni yaşayış binasının tikintisi həyata keçirilib. Tikintini həyata keçirən “Kristal Abşeron” MTK ilə sakinlər arasında bağlanmış müqavilə əsasında müəyyən müddətə kirayə mənzillərə köçürülüb və binanın yenidən tikintisi başa çatdığı üçün bu gün istismara təhvil verilir. Hazırda A.M.Şərifzadə küçəsi 122 ünvanda “Pilot layihə” çərçivəsində sökülərək yenidən inşa edilən 3 nömrəli, 2 girişli 16 mərtəbəli, 210 mənzilli binanın tikintisi başa çatdırılıb və sakinlərin istifadəsinə verilir.
Qeyd edilib ki, bu gün sakinlərə təhvil verilən bu yeni binanın ümumi sahəsi 11300 kvadratmetr təşkil edir. Optik sistemdə kabelləşən bu yeni binadakı 1, 2 və 3 otaqlı mənzillər hər biri tam təmirlidir. Binada Koreya dövlətindən sifarişlə gətirilmiş sərnişin və yük daşıma liftləri quraşdırılıb, həmçinin hər bir mənzil qaz, su və işıq sayğacları ilə təmin olunub. Bundan əlavə bina sakinləri üçün yeraltı avtodayanacaq və uşaq meydançasının salınması da nəzərdə tutulub.
Sonra yeni binanın sakinlərinə mənzillərin açarları təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb






















