"Karaca" müflisləşib
102 illik tekstil və moda markası "Çift Geyik Karaca" konkordat elan edib.
"Marja" xəbər verir ki, Türkiyədə 750-yə yaxın əməkdaşı, 200-ə yaxın satış nöqtəsi olan "Çift Geyik Karaca", konkordata əsas olaraq likvidlik çatışmazlığını, valyuta məzənnəsindəki artımı və yüksək faizi göstərib.
Konkordato bir razılaşmadır. Konkordat elan edən şirkət məhkəməyə müraciət edir. Məhkəmənin qərarı və borc verənlərin razılığı ilə borclu borcunu bir plana görə geri qaytarır. Yəni, borclu şirkətə borcunu qaytarması üçün möhlət verilir. Möhlətin verilməsi üçün borc verənlərin razılığı lazımdır. Əgər kreditorları, borcların daha uzun müddətə və ya güzəştlə ödənilməsinə razı olsalar "Karaca" iflasdan xilas ola bilər.
"Karaca" 1917-ci ildə Türkiyədə Bandırmada yaradılıb Türkiyənin ən qədim tekstil və geyim markalarından biri olan "Çift Geyik Karaca" 100 faiz milli kapitallı şirkətdir. 36 ölkəyə məhsullarını ixrac edən şirkət "Narin Group"a daxildir. Markanın Bakıda 2 mağazası fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 13 d. əvvəl
-
13 d. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
27 d. əvvəl
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Azərkosmos-un ixrac gəliri açıqlanıb
PAŞA Bank “Oyun 360” məhsulunu istifadəyə verdi
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
İyunun 3-də gözlənilən hava şəraiti
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
Ən çox oxunanlar
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
























