Agentlik ilk güzəştli satışı həyata keçirib - 5 İL FAİZSİZ
Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanılıb
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə başlayıb. Agentliyin vəsaiti hesabına kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Marja"ya daxil olmuş məlumata görə, satış Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə təsdiqlənmiş yeni qaydalara uyğun aparılıb.
Gömrük dəyəri 172 min AZN olan texnikanı təchizatçıdan kənd təsərrüfatı müəssisəsi 68800 manata, yəni dəyərin 40%-i güzəşt olunmaqla əldə edib. Müəssisə satış məbləğinin 20%-i həcmində ilkin ödəniş edib. Alıcı satış məbləğinin qalan hissəsini təchizatçıya Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatından götürdüyü güzəştli kreditlə ödəyib. Texnika alıcısı krediti 5 il müddətinə faizsiz olaraq geri qaytaracaq. Kreditin faizləri isə AKİA tərəfindən aybaay müvəkkil kredit təşkilatına ödənəcək.
Ölkə Prezidentinin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası”na görə, kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların güzəştli şərtlərlə satışını artıq AKİA həyata keçirir. Həmin fərmanadək bu səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinin digər tabeli qurumu olan Aqrolizinq ASC-də idi.
Qeyd edək ki, yeni qaydalara uyğun olaraq, kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə və güzəştli kredit vəsaitindən istifadə ilə istədiyi təchizatçıdan və istədiyi müvəkkil kredit təşkilatı vasitəsilə ala bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
6 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
6 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















