Nazirlik 2018-in dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı
2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22 mlrd. 411,3 mln. manat, xərcləri 22 mlrd 718,9 mln. manat olmuşdur.
"Marja" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2018-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatında bildirilir.
Gəlirlər
2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22 mlrd. 149,0 mln. manat proqnoza qarşı 22 mlrd. 411,3 mln. manat və ya 101,2 faiz icra olunmuşdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 7 mlrd. 417,6 mln. manat və ya proqnoz 100,5 faiz icra olunmuşdur. Həmin vəsaitin 67,1 faizi və ya 4 mlrd. 975,5 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2018-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 mlrd. 434,4 mln. manat vəsait daxil olmuş və proqnoz 107,6 faiz icra olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 mlrd. 959,0 mln. manat vəsait transfert edilmişdir.
2018-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 466,4 mln. manat, sair daxilolmalardan 134,3 mln. manat vəsait dövlət büdcəsinə daxil olmuşdur.
2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 6 mlrd. 320,7 mln. manat icra olunmuşdur.
Xərclər
2018-ci ildə dövlət büdcəsinin xərcləri 98,4 faiz və ya 22 mlrd. 718,4 mln. manat icra edilmişdir.
2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 mlrd. 52,9 mln. manat icra olunmuşdur.
2018-ci il ərzində dövlət büdcəsi xərclərinin 11 mlrd. 549,8 mln. manatı və ya 50,8 faizi cari xərclərə, 8 mlrd. 941,9 mln. manatı və ya 39,4 faizi əsaslı xərclərə, 22 mlrd. 27,2 mln. manatı və ya 9,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 mlrd. 196,6 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2017-ci illə müqayisədə 505,9 mln. manat və ya 7,6 faiz çoxdur.
Dövlət büdcəsinin kəsiri
Dövlət büdcəsinin kəsiri 307,6 mln. manat və ya təsdiq olunan yuxarı həddən 643,4 mln. manat az olmuşdur.
Kəsirin maliyyələşdirilməsi 222,6 mln. manatı dövlət istiqraz vərəqələrinin satışından və 101,2 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitlər hesabına həyata keçirilmişdir.
İcmal büdcə
2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 mlrd. 34,7 mln. manat, xərcləri isə 26 mlrd. 334,4 mln. manat icra olunmuşdur.
2018-ci ilin icmal büdcədə 4 mlrd.700,3 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
























